18 - 10 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Cəmiyyət

“Rusiya tərəfləri danışıqlar masasına dəvət edərək bölgədə kimin nüfuz sahibi olduğunu ABŞ-yə göstərmək istəyir” – Elşən Manafov

Oktyabr 8, 2024
Cəmiyyət
A A

Oktyabrın 8-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü olub. Putin həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

Avropa.info xəbər verir ki, mövzu ilə bağlı BiG.AZ-a danışan politoloq Elşən Manafov bildirib ki , rəsmi Moskva tərəfləri danışıqlar masasına dəvət edərək bölgədə gerçəklikdə kimin nüfuz sahibi olduğunu ABŞ-yə nümayiş etdirmək istəyir.Ermənistandan fərqli olaraq rəsmi Bakı okeanın o tayına boylanaraq mövqe sərgiləmir,özünü müstəqil və suveren dövlət kimi aparır.Elə buna görədir ki,ABŞ ilə münasibətlərdə son vaxtlar gərginlik özünü biruzə verir:

“Rəsmi Moskvanın təşəbbüsü ilə tərəflər arasında növbəti görüşün keçirilməsinə Rusiya və Qərb arasında bölgədə nüfuz dairəsi uğrunda gedən mübarizə konteksində yanaşmaq lazımdır.Azərbaycan tərəfindən fərqli olaraq rəsmi İrəvan danışıqların Rusiya platformasında aparılmasının əleyhinə çıxış edirdi. Bu, İrəvanın mövqeyinə Qərbdən olan bəlli təsirlərlə əlaqədar idi.Son vaxtlar Paşinyan iqtidarı Rusiyanın vasitəçilik edə biləcəyi danışıqlardan ümumiyyətlə imtina edirdi.
Hazırkı şəraitdə Paşinyanın bu danışıqlara razılıq verməsi Rusiyanın Ermənistana hələ də ciddi təsir imkanlarının qalmasının bariz göstərici oldu. Digər tərəfdən Rusiya Qərbə onun Ermənistan vasitəsilə bölgədən sıxışdırılıb çıxarıla bilməyəcəyi ilə bağlı mesajını verdi.
Tərəflər arasında sonuncu göruş Nyu-Yorkda BMT tədbirləri çərçivəsində ABŞ dövlət katibi Blinkenin iştirakı ilə baş tutmuşdu.Rəsmi Vaşinqton Bakının tələblərinin nəzərə alınmayacağı təqdirdə bu görüşdə konkret bir uğurun əldə edilməyəcəyini bilirdi. Sadəcə münaqişə tərəflərinə təsir imkanlarının olması faktını qabartmaq və bunu Moskvanın diqqətinə çatdırmaq naminə bu görüşdə moderatorluq edirdi. İndi eyni ssenari ilə rəsmi Moskva tərəfləri danışıqlar masasına dəvət edərək bölgədə gerçəklikdə kimin nüfuz sahibi olduğunu ABŞ-yə nümayiş etdirmək istəyir.
Azərbaycanın Rusiya ilə münasibətləri qarşlılıqlı,faydalı əməkdaşlığa söykənir,özünün milli,regionun təhlukəsizlik problemlərinin həllinə münasibətdə baxışlarını ehtiva edir.Ermənistandan fərqli olaraq rəsmi Bakı okeanın o tayına boylanaraq mövqe sərgiləmir,özünü müstəqil və suveren dövlət kimi aparır.Elə buna görədir ki,ABŞ ilə münasibətlərdə son vaxtlar gərginlik özünü biruzə verir.
Moskva görüşündə konkret razılıqların əldə edilməsi üçün Kreml hər iki tərəfi qane edən təkliflər paketi ilə çıxış etməlidir. Hazırkı şəraitdə Ermənistan hakimiyyətinə Qərbdən olan təsirlərin rakursunda bu mümkun deyil və ya Kreml Paşinyanı özundən incik salmamaq üçün ondan hələlik kardinal addlmların atılmasını tələb etmir.Qərbə öz yerini göstərmək üçün görüşün ümumiyyətlə baş tutması artıq Moskvanın Qərblə qarşıdurmada ciddi uğuru sayılmalıdır.Paşinyan bu göruşdən imtina etmək iqtidarında belə deyil. Ermənistanın Rusiya ilə başa çatmaqda olan bu ildə ticari dövriyyəsinin ümumi məbləği 15 milyard dollara çatmaqdadır,halbuki Azərbaycanla Rusiyanın ticari sövdələşmələrinin ümumi məbləği heç 5 milyard dolları ötməyib.Paşinyan bütün bunları anlayır. Ona görə də nə Avrasiya İqtisadi İttifaqından çıxmağa tələsir,nə də Gömruk İttifaqından,halbuki Qərbi məmnun etmək üçün KTMT-də fealiyyətini dondurduğunu bildirir.
Butövlükdə isə tərəflər danışıqların bu raunduna hazırkı dönəmin reallıqları şəraitindən yanaşırlar,perspektivdə isə vasitəçilərsiz danışıqlarda tərəflərin ortaq məxrəcə gəlməsi mümkündür. Hazırda erməni tərəfi məlum səbəblərə görə buna hazır deyil

Əvvəlki Yazı

“Bu ay imzalamağa hazırıq”-Paşinyan

Növbəti Yazı

Anadolu mətbəxi, mədəniyyətin dadlı ifadəsi – FOTOLAR

XƏBƏR LENTİ

20 Oktyabr – Ümumdünya Statistika Günü və Statistikanın 105 illiyi

20 Oktyabr – Ümumdünya Statistika Günü və Statistikanın 105 illiyi

16 Oktyabr 2025 / 21:42
244
Respublika Gənclər Kitabxanasında artilleriya generalı Səməd bəy Mehmandarovun xatirəsi anılıb

Respublika Gənclər Kitabxanasında artilleriya generalı Səməd bəy Mehmandarovun xatirəsi anılıb

16 Oktyabr 2025 / 18:36
20
Respublika Gənclər Kitabxanası millət vəkili, fəlsəfə üzrə fəlsəfə doktoru Fazil Mustafanın 60 illik yubileyi münasibətilə elektron məlumat bazasını istifadəçilərə təqdim edib

Respublika Gənclər Kitabxanası millət vəkili, fəlsəfə üzrə fəlsəfə doktoru Fazil Mustafanın 60 illik yubileyi münasibətilə elektron məlumat bazasını istifadəçilərə təqdim edib

16 Oktyabr 2025 / 11:39
26
Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi çərçivəsində kitabxanada silsilə materialların hazırlanması davam edir

Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi çərçivəsində kitabxanada silsilə materialların hazırlanması davam edir

14 Oktyabr 2025 / 21:05
18
Respublika Gənclər Kitabxanasında “Azərbaycan poeziyasında Fikrət Qoca imzası” adlı metodik vəsait hazırlanıb

Respublika Gənclər Kitabxanasında “Azərbaycan poeziyasında Fikrət Qoca imzası” adlı metodik vəsait hazırlanıb

14 Oktyabr 2025 / 20:59
25
Bu şəxslərin kommunal xərclərinin 20 faizini dövlət ödəyəcək – DETALLAR

Bu şəxslərin kommunal xərclərinin 20 faizini dövlət ödəyəcək – DETALLAR

14 Oktyabr 2025 / 16:41
7
Mən atamın olduğu hər yerdə güclüyəm! – Şəhid oğlunun arzusu

Ermənistan ordusunun “yenilməzlik” mifini darmadağın edən ƏMƏLİYYAT – Böyük Zəfər yürüşünün yeni mərhələsi belə başladı

14 Oktyabr 2025 / 16:39
13
Əlilliyi ləğv edilən hərbçi ədalət axtarır: “Nə iş var, nə təqaüd”

Əlilliyi ləğv edilən hərbçi ədalət axtarır: “Nə iş var, nə təqaüd”

14 Oktyabr 2025 / 16:31
3
Bu şəxslər dövlətdən pulsuz avtomobil ala bilər – RƏSMİ

Bu şəxslər dövlətdən pulsuz avtomobil ala bilər – RƏSMİ

14 Oktyabr 2025 / 15:06
4
Humanitar inkişaf və mədəni irsin bərpası – Laçın və Gəncə nümunələri

Humanitar inkişaf və mədəni irsin bərpası – Laçın və Gəncə nümunələri

11 Oktyabr 2025 / 14:56
7
“Nar”ın dəstəyi ilə inklüzivliyi təşviq edən “Bütün Vücudlar Danışır” layihəsinin hesabat tədbiri baş tutdu- Fotolar

“Nar”ın dəstəyi ilə inklüzivliyi təşviq edən “Bütün Vücudlar Danışır” layihəsinin hesabat tədbiri baş tutdu- Fotolar

10 Oktyabr 2025 / 6:51
45
Gənclər Kitabxanasında Xalq şairi Bəxtiyar Vahabzadənin elektron bazası yaradılıb

Gənclər Kitabxanasında Xalq şairi Bəxtiyar Vahabzadənin elektron bazası yaradılıb

10 Oktyabr 2025 / 6:44
31
XI Bakı Beynəlxalq Kitab Sərgisində Respublika Uşaq Kitabxanası müxtəlif tədbirlər proqramı ilə iştirak edir

XI Bakı Beynəlxalq Kitab Sərgisində Respublika Uşaq Kitabxanası müxtəlif tədbirlər proqramı ilə iştirak edir

07 Oktyabr 2025 / 7:03
38
“Zamanın Ziyalısı” sərgisi müəllimlərə həsr olundu – FOTO

“Zamanın Ziyalısı” sərgisi müəllimlərə həsr olundu – FOTO

06 Oktyabr 2025 / 21:15
35
“Xankəndi Mənzərələri” adlı etüd-sərgi keçirildi – FOTOLAR

“Xankəndi Mənzərələri” adlı etüd-sərgi keçirildi – FOTOLAR

06 Oktyabr 2025 / 20:01
17
Respublika Uşaq Kitabxanasının Kitab Sərgisi çərçivəsində tədbirləri davam edir

Respublika Uşaq Kitabxanasının Kitab Sərgisi çərçivəsində tədbirləri davam edir

06 Oktyabr 2025 / 16:59
36
XI Bakı Beynəlxalq Kitab Sərgisində diqqət çəkən təqdimat – FOTOLAR

XI Bakı Beynəlxalq Kitab Sərgisində diqqət çəkən təqdimat – FOTOLAR

06 Oktyabr 2025 / 16:17
10
QHT sosial media bacarıqlarının inkişafına yönələn layihəyə yekun vurdu – FOTO

QHT sosial media bacarıqlarının inkişafına yönələn layihəyə yekun vurdu – FOTO

06 Oktyabr 2025 / 0:22
5
“Mədəniyyət Könüllüləri” “Təbiətin Fırçası” layihəsinin təqdimatını keçirdi – FOTOLAR

“Mədəniyyət Könüllüləri” “Təbiətin Fırçası” layihəsinin təqdimatını keçirdi – FOTOLAR

04 Oktyabr 2025 / 19:55
22
Tarixi Zəfərdən GƏLƏCƏYƏ – Gənclərimiz üçün qəhrəmanlıq məktəbi

Tarixi Zəfərdən GƏLƏCƏYƏ – Gənclərimiz üçün qəhrəmanlıq məktəbi

02 Oktyabr 2025 / 20:40
6
Prezidentlərin görüşünün tarixi əhəmiyyəti

Prezidentlərin görüşünün tarixi əhəmiyyəti

02 Oktyabr 2025 / 20:36
8
“Nar”ın rəhbərliyində dəyişiklik olub

“Nar”ın rəhbərliyində dəyişiklik olub

01 Oktyabr 2025 / 17:23
35
“Taleyimizə tariximizdə əbədi yaşayacaq günlərin şahidi olmaq  xoşbəxtliyi yazıldı” – KXCP sədri

“Taleyimizə tariximizdə əbədi yaşayacaq günlərin şahidi olmaq xoşbəxtliyi yazıldı” – KXCP sədri

27 Sentyabr 2025 / 18:27
26
“Nar”ın dəstəyi ilə ölkəmizdə ilk inklüziv intellektual oyun turniri baş tutub

“Nar”ın dəstəyi ilə ölkəmizdə ilk inklüziv intellektual oyun turniri baş tutub

25 Sentyabr 2025 / 21:27
45
27 sentyabr 2020-ci il, həm də 100 il əvvəl qırılan Türk xəttinin yenidən bərpası idi – Deputat

27 sentyabr 2020-ci il, həm də 100 il əvvəl qırılan Türk xəttinin yenidən bərpası idi – Deputat

25 Sentyabr 2025 / 17:50
36
“Ulus” Fondu Vətən Savaşçıları abidələrinin monitorinqinə başlayır – FOTO

“Ulus” Fondu Vətən Savaşçıları abidələrinin monitorinqinə başlayır – FOTO

24 Sentyabr 2025 / 11:54
6
Ümumi nəticəyə təsir göstərən mühüm MƏQAM: Bu şərtlərin qəbulu mümkün görünmür

Qulamhüseyn Əlibəyli: “İsrailin cinayətləri beynəlxalq hüququ hərəkətə gətirəcək”

20 Sentyabr 2025 / 18:59
261
Məhkəmə Adnan Əhmədzadə barəsində həbs qərarı verdi

Məhkəmə Adnan Əhmədzadə barəsində həbs qərarı verdi

20 Sentyabr 2025 / 14:00
13
İlham Əliyev 20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib – VİDEO – FOTO

İlham Əliyev 20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib – VİDEO – FOTO

20 Sentyabr 2025 / 0:04
9
Bu ölkədə rüsvayçı ənənə: Qadağan olunmasına baxmayaraq gizlicə edirlər

Bu ölkədə rüsvayçı ənənə: Qadağan olunmasına baxmayaraq gizlicə edirlər

19 Sentyabr 2025 / 20:38
15
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.