18 - 12 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Manşet

Prezident İlham Əliyevin ABŞ-ı sərt tənqidi – Niyə indi, nə baş verir?

Oktyabr 6, 2024
Manşet
A A
Prezident İlham Əliyevin Cəbrayıl Günü ilə bağlı sakinlərlə görüşündə ABŞ-ın ünvanına səsləndirdiyi irad və tənqidlər bəzilərinin təəccübünə və əndişəsinə səbəb olub. Əsas fikir isə ondan ibarətdir ki, Azərbaycan nə qədər ədalətsizliklə üzləşsə belə, dünyanın supergüclərinə qarşı sərt ritorikadan çəkinməlidir.

İrad “ABŞ Əfqanıstandan qaçdı” ifadəsi, o cümlədən Dövlət Departamentinə – Entoni Blinkenə birbaşa və açıq tənqidlərədir.

Görünür, bəzi ekspertlər bir neçə nüansı yaddan çıxarırlar:

– Dünya yenidən dizayn edilir, birqütblü dünya artıq geridə qalıb; hazırda regionların maraq dairələrinə bölünməsi prosesi gedir. İndi heç bir güc regional marağını təzyiq üzərində qura bilməz, xüsusilə Cənubi Qafqazın ən böyük dövləti olan Azərbaycanla. Azərbaycan bu mövqeyə çatmaq üçün iqtisadi, hərbi və siyasi gücünü artırıb, Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayır – istər Avropada, istərsə də regionda milli maraqlarını uzlaşdırdığı müttəfiqləri var, Türkiyə ilə strateji müttəfiqlik sənədi imzalayıb (Şuşa Bəyannaməsi) və ərazi bütövlüyünü qarant altına alıb, həmçinin dünyanın nüvə güclərindən Pakistanla ən üst səviyyəsində münasibətlər qurub.

Azərbaycan dünyanın yeni düzənində regional güc kimi çıxış edir və bunun etiraf və qəbul edilməsi üçün bütün variantlara əl atır;

– ABŞ regiona daxil olmağa çalışarkən ciddi səhvlərə yol verir, son illər “iqtisadi ekspansiya”dan siyasi-hərbi güc siyasətinə keçib: Ukrayna və Yaxın Şərq müharibələri bunun bariz nümunəsidir. Bu müharibələrlə ABŞ-ın “daha çoxunu” əldə etməsi ehtimalı yoxdur, əksinə, regional güclərin artan müqaviməti ilə üzləşir. Eyni ssenarinin Ermənistanda həyata keçirilməsi cəhdi isə daha böyük fiaskoya səbəb olacaq, çünki artıq Gürcüstan da ABŞ-ın hüdudsuz təzyiqlərindən bezib, yeni düzənə uyğun addımlar atır və region güclərlə münasibətlərini ABŞ-a qurban vermir. Əvəzində isə ABŞ-dan qeyri-adekvat cavablar alır – gürcü baş nazirin Bayden tərəfindən təşkil edilən qəbuldan adının silinməsinə qədər. Bu qeyri-normal təzyiqə Tiflisin cavabı adekvatdır və deməli, ABŞ ədalətsiz yanaşması ilə Cənubi Qafqazın faktiki olaraq iki dövlətini itirib: Cənubi Qafqazın əsas region ölkələri Türkiyə, Rusiya və İranla münasibətləri də bəllidir. Yalnız Türkiyə ABŞ-la NATO müttəfiqidir, amma Ankara-Vaşinqton əlaqələrinin heç də hamar olmadığı və bir çox məsələlərə baxışda dərin fikir ayrılıqları yaşandığı hər kəsə bəllidir.

Demək ki, Cənubi Qafqaz və regiona bağlı ölkələrdən yalnız Ermənistan qalır və ABŞ bu kiçik ölkəni maraqlarının hərbi-siyasi ifadəçisi olmaq potensialına “qaldırmaq” istəyir. Ancaq deyəsən Ermənistan iqtisadiyyatının 85%-nin, bütün enerji strukturlarının, dəmir yollarının, AES-in Rusiyanın əlində olmasından, Rusiya ilə öz dövlət büdcəsindən 2,5 dəfə artıq olan illik ticarət həcmindən, o cümlədən Ermənistanda Rusiyanın bazalarından, sərhədlərini rusların qorumasından “xəbərsizdir”. Ermənistan sadəcə, KTMT-də fəaliyyətini “dondurub”, Rusiyaya sanksiyaları dəlməklə milyardlar qazanır, eyni zamanda Qərbdən ciddi maliyyə dəstəyi əldə edir və ABŞ da Ermənistanın, deyəsən, Rusiyaya bu dəstəyindən o qədər də narahat deyil – səbəbi var!

– Hazırda bütün beynəlxalq hüquq, normalar, konvensiyalar çöküb, hər şeyi “vəhşi instikt” həll edir və bu proses yeni dünya nizamı formalaşana qədər davam edəcək. Bu vəziyyətdə ölkələr milli maraqlarını qorumaq üçün “beynəlxalq diplomatik davranış tərzi” də nümayiş etdirmirlər, hər şeyi öz adı ilə çağırırlar.

Vacib məsələlərdən biri də Prezident Əliyevin məhz indi bu məsələyə toxunmasıdır:

– ABŞ 2021-ci ildə Əfqanıstandan qaçıb və onun qaçdığını açıq tekstlə bir çox dünya lideri dilə gətirmişdi – İlham Əliyev isə bu mövzuya dünənə qədər toxunmamışdı;

– ABŞ Azərbaycana qarşı 907-ci düzəlişin tətbiqini hər il dayandırırdı, ancaq artıq 3 ildir ki, dayandırmır – İlham Əliyev məhz indi, 4 oktyabrda bu məsələyə çox sərt reaksiya verdi;

– ABŞ Nümayəndələr Palatası və Senatının Azərbaycana qarşı bu cür ədalətsiz və vicdansız müraciət-tələb qəbul etməsi ilk dəfə deyil və ABŞ hökuməti bu “müraciət-tələbləri” heç də həmişə icra etməyib. İlham Əliyev yalnız indi Konqresi deyil, Dövlət Departamentini, Blinkeni və ABŞ xarici siyasətini ən sərt şəkildə hədəf aldı.

Çünki bir aydan sonra ABŞ-da prezident seçkiləridir. Məsələ Trampın qalib gəlib-gəlməyəcəyi deyil, məsələ ondadır ki, Kamala Harris də qalib gəlsə, artıq Entoni Blinkenlə işləməyəcəyini elan edib.

Yəni Əfqanıstandan qaçan Baydendir – de-fakto 2 ay əvvəl fəaliyyəti “donub”, de-yure isə 1 aydan sonra səlahiyyəti bitir;

Ədalətsiz siyasəti aparan Dövlət Departamentinin rəhbəri Blinkendir – de-yure 1 aydan sonra səlahiyyəti başa çatır.

İlham Əliyev də məhz indi bu tənqidləri səsləndirməklə ABŞ-ın formalaşacaq yeni administrasiyasına mühüm mesaj verdi və onlardan mövcud yanlışlıqları düzəltməsi gərəkdiyini tələb etdi.

Digər tərəfdən, ABŞ-ın Ermənistan kartını Ukrayna və Yaxın Şərq, o cümlədən dünyanın digər bölgələrində Rusiya ilə alverə xərcləyəcəyi şübhəsizdir. Sadəcə, ABŞ Ermənistanı “baha satmaq” üçün ona “investisiya” yatırır – bu qədər bəsit!

Yeni administrasiyanın bu alveri tamamlayacağı, Tramp seçiləcəyi halda isə ümumiyyətlə Ermənistan kartdandan imtina edəcəyi ən real ssenaridir.

Yeri gəlmişkən, kiçik Corc Buş ABŞ seçkilərində namizəd olanda və onun seçilmək imkanlarının şübhəli olduğu bildiriləndə dövrün nəhəng siyasətçisi Heydər Əliyev ABŞ-da ata Corc Buşla qayıq səyahətinə çıxmışdı. Xatırlayanlanr varsa, o zaman da Heydər Əliyevin ciddi səhv etdiyi, Corc Buşun seçilməyəcəyi halda ölkəmizin zərbə altında qalacağı iddia edilirdi – həm də nəzərə alın ki, həmin vaxt Azərbaycan indiki kimi iqtisadi-siyasi və hərbi gücə malik deyildi, ərazisi isə işğal altındaydı.

Dünyanın bir çox düşüncə mərkəzlərinin proqnozlarından fərqli olaraq, Heydər Əliyevin hesablamaları yenə düz çıxdı: Corc Buş seçildi!

Qısacası, İlham Əliyev nəyi nə vaxt və necə etməyi çox yaxşı bilir, sadəcə, bizə onun nəyi nə vaxt necə etdiyini anlamaq qalır…

Əvvəlki Yazı

“İsrailin düşmənləri onu belə yollarla çəkindirə bilməzlər”-Qallant

Növbəti Yazı

Sumqayıtda 23 yaşlı gənci elektrik cərəyanı vurub

XƏBƏR LENTİ

“Qardaşlığımız Əbədidir” – Azərbaycan  və KKTC-ni birləşdirən rənglər

“Qardaşlığımız Əbədidir” – Azərbaycan və KKTC-ni birləşdirən rənglər

18 Dekabr 2025 / 19:41
97
“Nar” lotereyasında böyük finala az qaldı – “Li L9 Ultra” avtomobili səni gözləyir

“Nar” lotereyasında böyük finala az qaldı – “Li L9 Ultra” avtomobili səni gözləyir

18 Dekabr 2025 / 15:39
3
QHT Koalisiyasının təşəbbüsü ilə səhiyyə müəssisələrində insan alveri qurbanlarının erkən aşkarlanması gündəmə gətirilib

QHT Koalisiyasının təşəbbüsü ilə səhiyyə müəssisələrində insan alveri qurbanlarının erkən aşkarlanması gündəmə gətirilib

18 Dekabr 2025 / 13:07
5
“Bakcell” “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu

“Bakcell” “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu

17 Dekabr 2025 / 18:53
4
Respublika Gənclər Kitabxanasında “Osman Sarıvəlli – 120” adlı biblioqrafik vəsait istifadəçilərə təqdim edilib

Respublika Gənclər Kitabxanasında “Osman Sarıvəlli – 120” adlı biblioqrafik vəsait istifadəçilərə təqdim edilib

16 Dekabr 2025 / 18:24
33
“Nar” Gəncə şəhərində növbəti regional mağazasını təqdim etdi!

“Nar” Gəncə şəhərində növbəti regional mağazasını təqdim etdi!

16 Dekabr 2025 / 17:18
5
Ermənistana  qarşı ərazi iddiasında deyilik,  amma o torpaqlar bizi istəyir – Deputat

Ermənistana qarşı ərazi iddiasında deyilik, amma o torpaqlar bizi istəyir – Deputat

16 Dekabr 2025 / 17:04
9
“Bakcell” texnoblogerlər üçün “Media Tech” təlimini həyata keçirdi

“Bakcell” texnoblogerlər üçün “Media Tech” təlimini həyata keçirdi

16 Dekabr 2025 / 16:21
6
Kosmik hüquq və təhlükəsizlik: Azərbaycan qlobal səhnədə məsuliyyətli aktor kimi çıxış edir

Kosmik hüquq və təhlükəsizlik: Azərbaycan qlobal səhnədə məsuliyyətli aktor kimi çıxış edir

16 Dekabr 2025 / 12:29
46
Şans paketi əldə et və Bakcell-dən “Porsche Cayenne” qazan!

Şans paketi əldə et və Bakcell-dən “Porsche Cayenne” qazan!

15 Dekabr 2025 / 18:25
6
“ÖNCƏ VƏTƏN” layihəsində: Mən ŞƏHİD olacağam, ana… – FOTOLAR

“ÖNCƏ VƏTƏN” layihəsində: Mən ŞƏHİD olacağam, ana… – FOTOLAR

15 Dekabr 2025 / 11:20
52
Respublika Gənclər Kitabxanasında Dünya Türk Dili Ailəsi Günü münasibətilə virtual kitab sərgisi hazırlanıb

Respublika Gənclər Kitabxanasında Dünya Türk Dili Ailəsi Günü münasibətilə virtual kitab sərgisi hazırlanıb

15 Dekabr 2025 / 11:12
33
Respublika Gənclər Kitabxanasında Xalq artisti Rəşid Behbudovun xatirəsi anılıb

Respublika Gənclər Kitabxanasında Xalq artisti Rəşid Behbudovun xatirəsi anılıb

15 Dekabr 2025 / 11:10
29
Onun bizə miras qoyduğu idealları yaşatmağı özümüzə şərəf bilirik – Deputat

Onun bizə miras qoyduğu idealları yaşatmağı özümüzə şərəf bilirik – Deputat

13 Dekabr 2025 / 18:28
11
Müasir Azərbaycan dövlətçiliyinin uğurlarının banisi

Respublika Gənclər Kitabxanasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilən silsilə materiallar hazırlanıb

12 Dekabr 2025 / 20:07
47
Müasir Azərbaycan dövlətçiliyinin uğurlarının banisi

Müasir Azərbaycan dövlətçiliyinin uğurlarının banisi

12 Dekabr 2025 / 10:58
6
Azərbaycan xalginin taleyində həlledici rol oynamis əlamətdar günlər məhz Heydər Əliyevin adi ilə baglidir

Xilaskarlıq missiyası və dövlətçilik ideyalarının möhkəmləndirilməsi

12 Dekabr 2025 / 10:53
19
“Nar”ın “Çoox Şanslı” lotereyasında 7-ci avtomobil uduldu

“Nar”ın “Çoox Şanslı” lotereyasında 7-ci avtomobil uduldu

11 Dekabr 2025 / 17:12
3
Respublika Gənclər Kitabxanasında Zemfira Məhərrəmlinin yubileyi münasibətilə elektron məlumat baza hazırlanıb

Respublika Gənclər Kitabxanasında Zemfira Məhərrəmlinin yubileyi münasibətilə elektron məlumat baza hazırlanıb

11 Dekabr 2025 / 16:01
25
Paşinyanın təyyarəsinə Moskva hava limanında enişinə icazə verilmədi

Paşinyanın təyyarəsinə Moskva hava limanında enişinə icazə verilmədi

11 Dekabr 2025 / 12:01
4
“Bakcell” lotereyasının final sürprizi – “Porsche Cayenne” qalibi ola bilərsən!

“Bakcell” lotereyasının final sürprizi – “Porsche Cayenne” qalibi ola bilərsən!

11 Dekabr 2025 / 11:55
9
Gənclər Kitabxanasında Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb

Gənclər Kitabxanasında Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb

10 Dekabr 2025 / 12:28
32
Bakcell bonuslarla zəngin yeni “GO” tariflərini təqdim edir

Bakcell bonuslarla zəngin yeni “GO” tariflərini təqdim edir

09 Dekabr 2025 / 13:51
11
“Qış Nağılı” sərgisi: Həmrəyliyin və sənətin vəhdəti

“Qış Nağılı” sərgisi: Həmrəyliyin və sənətin vəhdəti

09 Dekabr 2025 / 12:00
11
“Nar”ın “Çoox Şanslı” lotereyasında 6-cı avtomobil sahibini tapdı

“Nar”ın “Çoox Şanslı” lotereyasında 6-cı avtomobil sahibini tapdı

08 Dekabr 2025 / 13:43
4
“Mənim ana dilim – mənim varlığım” adlı poeziya gecəsi keçirilib

“Mənim ana dilim – mənim varlığım” adlı poeziya gecəsi keçirilib

08 Dekabr 2025 / 13:40
23
Leyla Fətəliyeva 9-cu lüks avtomobilin sahibi oldu!

Leyla Fətəliyeva 9-cu lüks avtomobilin sahibi oldu!

08 Dekabr 2025 / 13:40
8
Gənclər Kitabxanasından Xalq yazıçısı Kamal Abdullanın 75 illiyinə töhfə

Gənclər Kitabxanasından Xalq yazıçısı Kamal Abdullanın 75 illiyinə töhfə

04 Dekabr 2025 / 13:33
17
Bir əsrin izi ilə: AMEA Mərkəzi Elmi Kitabxana – 100

Bir əsrin izi ilə: AMEA Mərkəzi Elmi Kitabxana – 100

03 Dekabr 2025 / 20:20
12
Respublika Gənclər Kitabxanasında 3 dekabr – Beynəlxalq Əlillər Günü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb

Respublika Gənclər Kitabxanasında 3 dekabr – Beynəlxalq Əlillər Günü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb

03 Dekabr 2025 / 13:42
26
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.