Gəncədə avtomobil kişini vurub. Avropa .info xəbər verir ki, hadisə hava limanı yolunda baş verib.
43 yaşlı Ruslan Ramiz oğlu Babayev idarə etdiyi VAZ-2115 avtomobili ilə yol kənarında olan piyada 66 yaşlı Cəmşid Mədət oğlu Qarayevi vurub. Nəticədə piyada aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı cinayət işi başlanıb.