08 - 02 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Manşet

Tehran, ABŞ və İsrailin birgə “raket şousu” – Hədəf Türkiyədir

Oktyabr 2, 2024
Manşet, Siyasət
A A

İran ən nəhayətində uzun müddətdən bəri İsrailə qarşı vəd etdiyi gözlənilən hücumu reallaşdırdı. Amma necə?
Birincisi, bu hücum İranın son aylarda dəyən imicini kompensasiya etmək, cavab vermək gücünə malik gücün qadir ölkə olduğunu “sübut edən” əvvəlcədən tərəflər arasında razılaşdırılmış adekvat cavab idi.

Çünki hələ HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra İranın İsrailə sərt reaksiya verəcəyini bəyan etsə də, Qərb ölkələri, hətta Tehranın müttəfiqi olan Moskva və Pekin də İranı bu addımdan geri çəkilməklə bağlı təzyiq etdi. Hətta bildirildi ki, hücum olarsa, o zaman mülki obyektlər, insanlar deyil, hərbi obyektləri hədəf alınsın. Bunun üçün ötən dövrün dünya mediasına nəzər salmaq yetər.

Əgər bu razılaşdırılmamış hücum deyildisə, necə ola bilər ki, ABŞ və İsrail bu əməliyyatdan saatlar öncə xəbərdar idi. Yəqin Tehran hücumla bağlı Ağ Evi məlumatlandırıb və ABŞ-də öz növbəsində İsraili baş verəcəklə bağlı tədbirli olmağı xəbərdar edib. Ona görə də, İranın atdığı yüzlərlə raketindən ancaq çox az sayda raket İsrail ərazisinə düşdü. Nəticə heç də Tehranın bəyan etdiyi kimi dəhşətli bir sonluqla yekunlaşmadı.

İkincisi, İranın İsrailə qarşı bu hücumu adekvat cavab yox, əslində, bir hərbi şou idi. Bəli, bu, gecə saatlarında səmada İsrailə istiqamətlənmiş raketlərin “rəqsi” və hərbi şou idi, başqa bir şey deyildi. Tehranın bu raket şousu insanların içində son bir ildə İsrailin Qəzzada, Livanda törətdiyi vəhşiliklərə, beynəlxalq aləmin ədalətsizliyə göz yummasına qarşı formalaşan qəzəbini, nifrətini sıfırlamağa xidmət etdi. Bununla da Tehran növbəti dəfə İsrailin və Qərbin “əlinə oynadı”.

Tehranın təkcə Yaxın Şərqdə deyil, Cənubi Qafqazda və digər bölgələrdə Qərblə, İsraillə, ermənilərlə, bir sözlə müsəlman və türklərə düşmən olan qüvvələrlə birgə pərdəarxası oyunları hamıya bəllidir.

Qərb və İsrail Yaxın Şərqdəki planlarını İranla birgə pərdəarxası oyunlari ilə həyata keçirməkdədir. Son onilliklərdə Yaxın Şərqdə baş verən proseslərə, münaqişələrə nəzər yetirmək kifayət edər. Bu planlar birgə pərdəarxası əməkdaşlıq nəticəsində İranın Yaxın Şərqdəki proksi gücləri və digər qüvvələrin əli ilə bölgədə böhranlar yaradılır, ölkələr paraçalanır. Bu yolla Qərb və İsrail mərhələ-mərhələ Yaxın Şərqdə planlaşdırdığı hədəflərə doğru irəliləyir.
Hədəf yaxın Şərqi yenidən dizayn edilməsidir. Nəzərdə tutulan utopik məkrli planda ərəb ölkələri ilə yanaşı, Türkiyənin siyasi xəritəsində dəyişiklik edilməsi, parçalanması var.

İran da bu oyunun reallaşmasında yer alan ölkədir. Qərb, İsrail və İran arasındakı razılamaya əsasən Tehran bu oyundan minimal ərazi itkisi ilə çıxmasıdır.
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə parlamentində çıxışında bölgədə baş verən hadisələrə toxunaraq bəyan etdi ki, Fələstin və Livandan sonra növbəti hədəf Türkiyədir. Ümumiyyətlə prezident Ərdoğan dəfələrlə bəyan edib ki, Fələstin Anadolunun müdafiə qalası və qırmızı xəttidir. Çünki Qərb və İsrail Fələstin və Livanda istəyinə nail olduqdan sonra növbəti mərhələdə hədəf Türkiyə olacaq. Artıq uzun müddətdir Qərb və İsrail Türkiyənin milli təhlükəsizlik sisteminə ciddi təhdid yaradan məkrli planlar qurub bunun reallaşmasına cəhd edirlər. Bu məqsədlə ilkin olaraq Suriya ərazisində Türkiyə ilə sərhəddə PYD/YPG terrorçu dövlətinin qurulmasına cəhdlər ediləcək. Onu da qeyd etmək lazımdır ki, Tehran da bu planın həyata keçməsində Qərb və İsraillə eyni cəbhədə çıxış edir. Ümumiyyətlə Tehran Yaxın Şərqdə Türkiyə əleyhinə oyunlarda aktiv iştirak edən ölkə sırasındadır. Ankara da bunun fərqindədir və dəfələrlə bununla bağlı narahatlığını və etirazını Tehranın diqqətinə çatdırıb.

Qərb və İsrail bölgədə bəzi ölkələrdə planlarını reallaşdıra bilər, amma Türkiyə ilə bağlı planlarını reallaşdırması bir utopiya olaraq qalacaq. Çünki Türkiyə Yaxın Şərqdə istənilən gücün məkrli oyunun poza biləcək gücə malikdir. Bundan əlavə olaraq prosesləri görən Türkiyə baş verə biləcək hadisələrin qarşısını almaq istiqamətində preventiv addımlar atmqdadır.

Ankara ilk olaraq Tükiyənin güclü dövlət olması siyasi, iqtisadi və hərbi cəhətdən güclü ölkə olmaq yolunu seçəkər bu istiqamətdə uğurlu addımlar atmaqdadır. Son illərdə Türkiyənin hərbi sənaye sisteminin sürətlə inkişafı bu plana xidmət edir.

İkincisi, aktiv diplomatik fəaliyyət və geosiyasi oyunlarda ciddi oyunçu rolunda çıxış etməklə Türkiyənin milli təhlükəsizlik sisteminə gözlənilən təhdidləri zərərsizləşdirmək yolunu seçib. Ankara ciddi qlobal oyunçuya çevrilmək üçün çoxvektorlu siyasət yürütmək taktikasını seçib. Bununla Türkiyə nəinki özünə qarşı yönələn təhdidlərin qarşısını almağa, o cümlədən bölgədə sabitlyin bərqərar olmasında böyük gücə malik ölkə rolunda çıxış etməkdədir.

Mürtəza

Əvvəlki Yazı

SON DƏQİQƏ: Prezident İlham Əliyev müraciət ünvanladi

Növbəti Yazı

Payız mövsümündə Türkiyə turizmi: kəşf ediləcək gözəlliklər və fəaliyyətlər

XƏBƏR LENTİ

“Bütöv Azərbaycanda Gənclik” sərgisi – Gənclərin yaradıcılıq gücü bir arada

“Bütöv Azərbaycanda Gənclik” sərgisi – Gənclərin yaradıcılıq gücü bir arada

07 Fevral 2026 / 13:02
45
Naxçıvanın muxtariyyət statusu ilə bağlı mülahizələr

Naxçıvanın muxtariyyət statusu ilə bağlı mülahizələr

06 Fevral 2026 / 15:53
106
Ən yeni texnoloji cihazlar artıq “Bakcell Shop”da!

Ən yeni texnoloji cihazlar artıq “Bakcell Shop”da!

06 Fevral 2026 / 11:46
5
Tarixi ədalətin bərpası prezident İlham Əliyevin qətiyyətli mövqeyi və siyasəti nəticəsində mümkün oldu

Tarixi ədalətin bərpası prezident İlham Əliyevin qətiyyətli mövqeyi və siyasəti nəticəsində mümkün oldu

05 Fevral 2026 / 23:04
69
İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir – Gənclərin nəzərinə

İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir – Gənclərin nəzərinə

03 Fevral 2026 / 14:06
8
Respublika Uşaq Kitabxanasında  “Sağlam Gənclik – Güclü Gələcək” adlı tədbir keçirilib-Fotolar

Respublika Uşaq Kitabxanasında “Sağlam Gənclik – Güclü Gələcək” adlı tədbir keçirilib-Fotolar

02 Fevral 2026 / 20:20
94
“Zal qızı Zalxa” tamaşasının premyerası alqışlarla qarşılandı – FOTOLAR

“Zal qızı Zalxa” tamaşasının premyerası alqışlarla qarşılandı – FOTOLAR

01 Fevral 2026 / 17:04
17
Gənclər Gününə həsr olunmuş yaradıcılıq sərgisi keçirilib – FOTOLAR

Gənclər Gününə həsr olunmuş yaradıcılıq sərgisi keçirilib – FOTOLAR

01 Fevral 2026 / 16:54
32
Sağlamlığınız təhlükədədir: Bu məhsullar sizi ölümə aparır

Sağlamlığınız təhlükədədir: Bu məhsullar sizi ölümə aparır

30 Yanvar 2026 / 18:44
7
Paşinyan niyə “Türkiyə agenti” elan olundu: Ermənistan “Rusiyanın düşmənləri” sirasına yerləşir

Paşinyan niyə “Türkiyə agenti” elan olundu: Ermənistan “Rusiyanın düşmənləri” sirasına yerləşir

30 Yanvar 2026 / 18:26
6
İranın təhdid ritorikası: Azərbaycan niyə ön plandadır? – ŞƏRH

İranın təhdid ritorikası: Azərbaycan niyə ön plandadır? – ŞƏRH

30 Yanvar 2026 / 18:23
7
Bu şəxslər əsgərliyə gedəndə 3 500 manat alacaq

Bu şəxslər əsgərliyə gedəndə 3 500 manat alacaq

30 Yanvar 2026 / 17:46
8
Prezident səfiri geri çağırdı – FOTO

Prezident sərəncam imzaladı – Bu gənclər mükafatlandırıldı – ADLAR

30 Yanvar 2026 / 16:29
6
Azərbaycan dünyada idman ölkəsi kimi tanınmaqdadır

2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiqləndi

30 Yanvar 2026 / 16:26
3
“Qarabağ”ın rəqibi müəyyənləşdi

“Qarabağ”ın rəqibi müəyyənləşdi

30 Yanvar 2026 / 15:25
3
Onlara pulsuz mənzil veriləcək – Sadəcə bu sənədlər lazımdır

Bu il Bakıda mənzillərin qiyməti bahalaşacaq? – AÇIQLAMA

30 Yanvar 2026 / 15:12
5
“Nar” və Dövlət Məşğulluq Agentliyi Anlaşma Memorandumu imzaladı

“Nar” və Dövlət Məşğulluq Agentliyi Anlaşma Memorandumu imzaladı

30 Yanvar 2026 / 14:16
4
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır

Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır

30 Yanvar 2026 / 14:04
6
Nəsimi Nəbizadənin qaçdığı Reabilitasiya Mərkəzinin rəhbəri TUTULDU – YENİLƏNİB

Nəsimi Nəbizadənin qaçdığı Reabilitasiya Mərkəzinin rəhbəri TUTULDU – YENİLƏNİB

30 Yanvar 2026 / 12:55
3
Konstitusiya Məhkəməsi pensiya stajı ilə bağlı QƏRAR VERDİ

Konstitusiya Məhkəməsi pensiya stajı ilə bağlı QƏRAR VERDİ

30 Yanvar 2026 / 11:58
5
Kitab Bağışlama Günü münasibətilə “Bir kitapb, bir sevgi” adlı kitab bağışlama aksiyasına start verilir

Kitab Bağışlama Günü münasibətilə “Bir kitapb, bir sevgi” adlı kitab bağışlama aksiyasına start verilir

28 Yanvar 2026 / 14:51
39
Qubadlı rayonunun icra başçısının ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi – FOTOLAR

Qubadlı rayonunun icra başçısının ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi – FOTOLAR

27 Yanvar 2026 / 19:31
9
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!

Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!

27 Yanvar 2026 / 19:21
6
“Nar” hər kəs üçün bərabər xidmət mühitini gücləndirir

“Nar” hər kəs üçün bərabər xidmət mühitini gücləndirir

26 Yanvar 2026 / 17:39
4
“Yeni Üfüq”: gənclər üçün bərabər imkanlar və dayanıqlı gələcək

“Yeni Üfüq”: gənclər üçün bərabər imkanlar və dayanıqlı gələcək

24 Yanvar 2026 / 14:17
49
“Qanla Yazılan Tarix: 20 Yanvar”

“Qanla Yazılan Tarix: 20 Yanvar”

17 Yanvar 2026 / 20:51
43
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir

Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir

16 Yanvar 2026 / 19:11
9
Ehtiram Mehtiyev: “Prezident İlham Əliyev bu müzakirələrdə qalib lider, regional təhlükəsizliyin təminatçısıdir”

Vaxt gələcək Ermənistan hökuməti Azərbaycan xalqından üzr istəyəcək – Ehtiram Mehtiyev

16 Yanvar 2026 / 16:57
145
Təhsil, yaddaş və şəxsiyyət: Fazil Abasquluzadə nümunəsində Şurnuxu məktəbi

Təhsil, yaddaş və şəxsiyyət: Fazil Abasquluzadə nümunəsində Şurnuxu məktəbi

16 Yanvar 2026 / 16:00
55
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib – FOTO

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib – FOTO

15 Yanvar 2026 / 20:15
8
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.