Bu gün Milli Məclisin yeni tərkibdə ilk iclası keçirilib
Avropa.info-nun əldə etdiyi məlumata görə, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov Milli Məclis sədrinin müavini postuna namizəd olub. Onun spikerin birinci müavini olacağı bildirilir.
Eyni zamanda, Musa Qasımlı və Rafael Hüseynovun da parlament sədrinin müavini postuna namizədlikləri təsdiqlənib.
Milli Məclisin VI çağırışında sədr müavini olan Fəzail İbrahimli VII çağırışda bu postda olmayacaq.
***
Əldə etdiyimiz digər məlumata görə isə, Milli Məclisin VII çağırışında sədrin birinci müavini və 3 vitse-spiker olacaq. Bununla da müavin sayı artacaq.
Belə ki, artıq parlamentdə Naxçıvanı təmsil edən sədr müavini də olacaq. Bu posta isə Ziyafət Əsgərovun namizədliyi irəli sürülüb.
***
Milli Məclisin yeni tərkibdə bu gün keçirilən ilk iclasında parlamentin sədr müavinlərinin seçilməsi məsələsi müzakirə edilib.
Səsvermə nəticəsində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Əli Əhmədov I vitse-spiker, bitərəflərin namizədi Musa Qasımlı və parlamentdə azlıq təşkil edən partiyaların namizədi Rafael Huseynli isə vitse-spikerlər seçilib.
Bundan başqa, Milli Məclisin müavinlərinin sayı artırılıb. Belə ki, artıq parlamentdə Naxçıvanı təmsil edən sədr müavini də olacaq. Bu posta isə Ziyafət Əsgərov gətirilib.
Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri sentyabrın 1-də keçirilib.
Xatırladaq ki, sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclasında VII çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib