Cəlilabadda şəhid Məhərrəm Hüseynovun il dönümü qeyd olunub
Avropa.info xəbər verir ki,Sentyabrın 22-si antiterror əməliyyatları zamanı şəhadətə ucalmış Cəlilabad şəhidimiz Məhərrəm Hüseynovun il dönümü idi. Şəhidin ocağına axın edən qonaqlar gözü yaşlı anasına, iki uşağı ilə birlikdə həyat yoldaşının həsrətini çəkən Roza xanıma, şəhidin qəlbi yaralı bacı və qardaşlarına təsəlli olmağa çalışırdılar. Şəhidin ev muzeyində qonaqların izdihamı yaşanırdı. Hər kəs şəhid anasının göz yaşlarına dözə bilmir, onunla birlikdə göz yaşı tökürdü. Bütün qonaqlar şəhidin ailə üzvləri ilə birlikdə Cəlilabad Şəhidlər Xiyabanını ziyarət ediblər. Qonaqlar arasında AYB-nin üzvü şairə Esmira Günəş də iştirak edib. Şairə xanım çıxışı zamanı şəhid ailəsinə səbr diləməklə yanaşı bildirib ki, Məhərrəm Hüseynov onun “Antiterror Şəhidləri” kitabında yer alıb və tezliklə kitabın təqdimatı bütün bölgələrdə keçiriləcək. Qonaqlar şəhidin evində təşkil olunmuş ehsan süfrəsinə qonaq olublar. Şəhidimizin ruhu şad olsun.
Allah Şəhidlərimizə rəhmət eləsin