Keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin analitiki Larri Conson Ukraynanın ölümcül vəziyyətdə olduğunu düşünür.
Avropa.info xəbər verir ki, o, bu barədə “Dialogue Works” kanalına müsahibəsində danışıb.
- Conson bildirib ki, Ukrayna əhalisinin 50 faizindən çoxunu itirib. Belə ki, başqa ölkələrə gedən ukraynalılar vətənlərinə qayıdacağı ehtimalı azdır. O, həmçinin əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri hərbi əməliyyatlarda ciddi itki verib.
“Bunlar uşaq sahibi ola biləcək insanlardır və uşaqsız cəmiyyət qocalacaq və öləcək. Ukrayna ölür və Qərb bunu etiraf etməlidir, lakin hazırda onu həyata qaytarmaq üçün heç bir yol yoxdur”, – deyə o, yekunlaşdırıb