Avropa .info Rusiya mediasına istinadən xəbər verir ki,MMC direktoru olan azərbaycanlı xarici vətəndaşları faktiki olaraq işə cəlb etmədən onlarla saxta mülki müqavilələr bağlayıb, həmçinin onlara saxta mənzil kirayəsi müqavilələri verib.
Daha sonra həmin qondarma sənədləri daxili işlər orqanının miqrasiya şöbəsinə təhvil verib və bununla da saxta sənədlərdən istifadə etməklə xarici vətəndaşların Rusiya Federasiyasında qalmasını təmin edib. Hazırda faktla bağlı Cinayət Məcəlləsinin 322.1 (qanunsuz miqrasiyanın təşkili) cinayət işi açılıb
Rusiya Daxili İşlər Nazirliyinin Samara vilayəti üzrə Baş İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı onun qanunsuz fəaliyyətinə son qoyulub.
Məhkəmə azərbaycanlı barəsində ev dustaqlığı qətimkan tədbiri seçib