Gələn cümə axşamına qədər davam edəcək daşqından müdafiənin ən çətin mərhələsi artıq başlayıb.
Avropa.info xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban bildirib.
“Budapeştdə daşqın dalğasının pik həddi çərşənbə axşamından çərşənbə gününə keçən gecəyə təsadüf edib”, – Baş nazir əlavə edib
O qeyd edib ki, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması xidmətləri, ordu, Daxili İşlər Nazirliyi, könüllülər sel Macarıstandan Serbiyaya keçməyənə qədər daşqınlardan zərər çəkmiş rayonları qorumaq üçün çalışacaqlar.
“Bu, ən çətin dövr bu gündən başlayaraq, bir həftə və ya səkkiz gün davam edəcək”, – deyə Orban vurğulayıb.
Onun sözlərinə görə, Dunay çayında sel dalğası artıq Deveni rayonuna çatıb. Leyta çayının Avstriya sərhədi yaxınlığındakı Moşonmadyarovarda cümə axşamı öz zirvəsinə çatacağı gözlənilir: “Cümə axşamı Avstriya ilə sərhəddə suyun rekord səviyyəsi gözlənilir. Riskləri azaltmaq üçün əlimizdən gələni edəcəyik