“Labirintdən çıxış” regional ekspertlər şəbəkəsi narahatdır - MÜRACİƏT

  • 13:58 - 13 May

Hazırda araşdırmalar göstərir ki, gender əsaslı rəqəmsal zorakılıq qadınların və qızların həyatına, o cümlədən onların təhlükəsizliyinə, fiziki və psixi sağlamlığına, iqtisadi rifahına, ailə əlaqələrinə, özünə hörmətinə və reputasiyasına əhəmiyyətli təsir edir.

Bir tərəfdən o cəmiyyətdə uzun müddətdir mövcud olan bütün problemlərin gender bərabərsizliyi, zorakılıq və qadınlara qarşı ayrı-seçkiliyi özündə əks etdirir,digər tərəfdən qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təşviqi sahəsində əldə edilmiş tərəqqinin qarşısını almaq üçün yeni tendensiyaları və cəhdləri özündə birləşdirir.

Yaponiyanın ən böyük telekommunikasiya şirkəti məsələnin aktuallığına diqqət çəkərək  “Nippon Telegraph and Telephone” Yaponiyanın aparıcı qəzetlərindən biri olan “Yomiuri Shimbun” ilə birgə dərc etdiyi bəyanatda süni intellektdən istifadə ilə bağlı yeni qaydaların müəyyənləşdirilməsinin lazım olduğunu açıqlayıb. ABŞ-nin tanınmış qəzetlərindən olan “Wall Street Journal”-da dərc olunan  bəyanatda deyilir: “Ən pis ssenaridə süni intellekt demokratiyanın və sosial nizamın çökməsinə səbəb ola bilər ki, bu da müharibələrə yola açar…”

Avropa İnsan Hüquqları Konvensiyası, Avropa Sosial Xartiyası, Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onlarla mübarizə haqqında Konvensiya (İstanbul Konvensiyası), İnsan alverinə qarşı mübarizə haqqında Konvensiya, Uşaqların cinsi istismardan və cinsi zorakılıdan müdafiəsi haqqında Konvensiya (Lanzarot Konvensiyası) bu sahədə vəziyyəti tənzimləməli olan əsa istinad sənədləridir.

Ancaq bu da bir faktdır ki, bu gün bu qeyd olunan sənədlərin tələbləri məhz elə sosial şəbəkələrdə daha çox pozulur. 

Avropa.info xəbər verir ki, “Labirintdən çıxış” regional ekspertlər şəbəkəsi kiberzorakılıq, kibertəhqir, kibertəhdid, kiber mənəviyyat pozuntularının gündən günə artmasından ciddi narahatlıq keçirir.

Platforma hesab edir ki, “Tik-Tok”, “Facebook” və s. bu kimi sosial şəbəkələrdən istifadə qaydalarına bəzi əlavələr zəruridir. Buna səbəb sosial şəbəkələrdə ailə və milli dəyərlərə xələl gətirən mövzuların (contentlərin) çoxalmasıdır. 

“Labirintdən çıxış” QHT platforması bütün bunları nəzərə alaraq aşağıdakı təkliflərlə çıxış edir:
•Cəmiyyətin aparıcı strukturları, xüsusilə dövlət və qeyri-dövlət qurumları, bələdiyyələr, sahibkarlarmütləq şəkildə mənəviyyət əleyhinə baş verən hücumlara qarşı səfərbər olub, öz fəaliyyət proqramlarında kibermübarizə ilə bağlı həmrəylik nümayiş etdirməlidirlər, 
•Qanunvericilik orqanı əxlaqdankənar videoların çəklişinin, bu cür videolarda azyaşlı uşaqların iştirakının, canlı yayım zamanı azyaşlı uşaqlardan istifadənin qarşısının alınması üçün həmin videoları yayan şəxslərə qarşı mübarizənin qanuni əsaslarını təmin etməlidirlər,
•Aidiyyəti qurumlar kibercinayətkarlıqla bağlı şikayətlərin artmasını nəzərə alaraq bu sahədə maarifləndirici təlimlərin həyata keçirilməsini təmin etməlidirlər (həmin tədbirlərdə çıxış üçün Daxili İşlər Nazirliyi və digər əlaqədar dövlət qurumlarının, bankların nümayəndələrinin iştirakı vacibdir),
• Müxtəlif onlayn platformalar, xüsusilə sosial şəbəkələr üzərindən şantaj hallarının çoxalması, bu şantajların insan alveri, cinsi zorakılıq və digər zorakılıq ilə nəticələnə biləcəyini nəzərə alaraq, həmin platforma və şəbəkələrdən təhlükəsiz istifadə qaydaları haqqında qanuni qərarların qüvvəyə minməlidir, 
•Qısa müddət ərzində onlayn platformalar üzərindən psixoloji və iqtisadi şiddətə məruz qalmış şəxslərin müraciət edə biləcəyi xüsusi qaynar xəttyaradılmalıdır,
•“Tik-Tok” və digər sosial şəbəkələrdə gənclər tərəfindən maarifləndirici kontentlərin çəkilməsinə stimul vermək üçün kiçik qrantların ayrılmasınəzərdən keçirilməlidir,
•Maarifləndirici və faydalı kontentlər üzrə blogerlərin hazırlanmasına dair təlimlər keçirilməlidir, 
•Qanunvericilikdə QHT-lərə digər şəxslərin hüquqlarının müdafiəsi üçün məhkəmələrə müraciət etmək, psixoloji təzyiqə, şiddətə məruz qalmış şəxslərin, o cümlədən uşaqların hüquqlarını məhkəmədə qorumaq üçün təzyiqləri, şantajı törədən şəxslərə qarşı iddia qaldırmaq səlahiyyəti verilməsini nəzərə alaraq, vətəndaş cəmiyyəti adından sosial şəbəkə platformalarında ədəbsiz, təhqiredici, aqressiv, basqıtörədici kontentlər çəkən şəxslərə qarşı məcburi psixoloji müayinədən keçmə tələbinin irəli sürülməsi,
•Mövzuya dair televiziya və radio kanallarının efir imkanlarından istifadə edilməsi. 
•Məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən xarici ölkələrin oxşar təcrübələrinin öyrənilməsi. 

Avropa.info


Oxunma sayı: 1772

Oxşar yazılar