Donetskdə supermarket vuruldu.

  • 18:24 - 09 Avqust

 

 

 

 

 

 

Ruslar Donetsk vilayətinin Konstantinovka şəhərində ziyarətçilərin çox olduğu supermarketdə terror aktı törədiblər.Avropa.info xəbər verir ki, bunu Donetsk vilayəti dövlət administrasiyasının sədri Vadim Filaşkin deyib.

“2 ölü və 17 yaralı! Bu, Konstantinovkaya hücumla bağlı saat 12:40-a olan operativ məlumatdır”, - o bildirib.

O əlavə edib ki, hücumun yekun nəticələri müəyyənləşdirilir:

“Hadisə yerinə polis, xilasedici, həkim və digər məsul qurumlar cəlb olunublar”.

Qeyd edək ki, “Donbass Operative” Teleqram kanalı daha öncə bildirmişdi ki, “Ekomarket” mağazasına birbaşa zərbə nəticəsində güclü yanğın baş verib.

***

Rusiya qüvvələrinin Ukraynanın Donetsk vilayətinin Kostyantinivka şəhərində mağazanı vurması nəticəsində ölənlərin sayı 11-ə çatıb.

Bu barədə Ukrayna Baş Prokurorluluğu məlumat yayıb.

Bildirilib ki, 37 nəfər yaralanıb.


Oxunma sayı: 2388

Oxşar yazılar