Prezident İlham Əliyev Fərid Əhmədova yeni vəzifə verdi

  • 08:50 - 08 Avqust

 

 

Azərbaycanda Məhkəmə Ekspertizası Şurasının yaradılıb.


 

Avropa.info xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.


 

Sərəncamda məhkəmə ekspertizası sahəsində (bundan sonra – müvafiq sahə) dövlət idarəetməsinin və tənzimləməsinin təkmilləşdirilməsi, məhkəmə ekspertizası fəaliyyətinin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi, habelə müvafiq sahədə vahid standartların hazırlanması və onların tətbiqinin təşviqi, kadr potensialının gücləndirilməsi məqsədilə aşağıdakı tərkibdə məşvərətçi əsaslarla fəaliyyət göstərən Məhkəmə Ekspertizası Şurasının yaradılması qeyd olunub.


 

Şuranın sədri


 

Azərbaycan Respublikasının ədliyyə naziri (Fərid Əhmədov)


 

Şuranın üzvləri:

 

Azərbaycan Respublikası daxili işlər nazirinin müavini


 

Azərbaycan Respublikası müdafiə nazirinin müavini


 

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini


 

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini
 


Oxunma sayı: 2696

Oxşar yazılar