Gerasimov: Ukrayna Kursk vilayətində böyük itgi verib.

  • 07:47 - 08 Avqust

 

 

 

Rusiyanın Kursk vilayətində irəliləməyə cəhd edən Ukrayna qoşunları azı 315 nəfər itki verib.

Avropa.info report.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Rusiya Prezidenti Vladimir Putinin keçirdiyi müşavirədə bildirib.

"Avqustun 6-da səhər saat 05:30-da Ukrayna Silahlı Qüvvələrinin 1 000 nəfərdən ibarət bölmələri Kursk vilayətində əraziləri ələ keçirmək məqsədi ilə hücuma keçib. Qarşı tərəf azı 315 nəfər itki verib (azı 100 nəfər ölüb, 215-i yaralanıb), həmçinin 54 zirehli texnika, o cümlədən 7 tank itirib. Ukrayna Silahlı Qüvvələrinin irəliləməsinin qarşısı alınıb", - o deyib


Oxunma sayı: 2509

Oxşar yazılar