Türkiyənin bu addımı dünya bazarında qiymətləri ucuzlaşdırdı

  • 23:16 - 21 İyun

Rusiya Kənd Təsərrüfatı Nazirliyi dünyada taxıl məhsullarının qiymətlərində artım gözləyir.

Avropa.info xəbər verir ki, bunu Rusiyanın kənd təsərrüfatı naziri Oksana Lut Ümumrusiya Tarla Günündə deyib.

Nazirin sözlərinə görə, dünya bazarında buğda qiymətləri artmağa başlasa da, Türkiyənin oktyabra qədər buğda idxalını dayandırması qiymətləri yenidən aşağı çəkib:

“Buna baxmayaraq, bu mövsümdə daha az istehsal həcmini nəzərə alsaq, biz dünya qiymətində artım, yuxarıya doğru düzəliş gözləyirik”.

Lut bildirib ki, nazirlik həm də daxili bazarda taxılın qiymətində artıma doğru düzəliş gözləyir:

“Bizə daxili bazarda qiymət artımı lazımdır. Doğrudur, elə balans olmalıdır ki, emal, heyvandarlıq sektoru əziyyət çəkməsin. Lakin istehsalçıların da mənafeyi nəzərə alınmalıdır. Bu baxımdan hesab edirik ki, yuxarıya doğru qiymət tənzimlənməsi olmalıdır”.

Musavat.com


Oxunma sayı: 6062

Oxşar yazılar