ERMƏNİSTANDA ŞOK: Şahramanyanın xidməti avtomobili ƏLİNDƏN ALINDI - Narkotik SATIŞINA GÖRƏ

  • 22:31 - 21 İyun

Ermənistan xüsusi təyinatlıları Qarabağ separatçılarının İrəvandakı "nümayəndəliyi"nin qapılarını sındırıblar. İnsident Qarabağ separatçılarının keçmiş rəhbəri SamvelŞahramanyanın xidməti avtomobilini müsadirə etmək üçün törədilib. Şahramanyanın avtomobili keçmiş qondarma qurumun İrəvandakı "nümayəndəliyi"nin ərazisindən təxliyə edilib.

Avropa.info “SputnikArmenia”ya istinadən xəbər verir ki, bu barədə vəkil Roman Yeritsyan sosial şəbəkələrdə məlumat verib.

Onun sözlərinə görə, xidməti avtomobilin müsadirəsi ilə bağlı məhkəmə qərarı yoxdur və müvafiq olaraq, təhlükəsizlik qüvvələrinin hərəkətləri qanunsuzdur.

Məlumata görə, avtomobil narkotik vasitələrin qanunsuz dövriyyəsi və saxta dövlət nömrə nişanları ilə idarə edilməsi işi çərçivəsində götürülüb.


Oxunma sayı: 2333

Oxşar yazılar