Əmioğlu, xalaqızı evliliyini qadağan edən layihə I oxunuşda təsdiqləndi

  • 15:59 - 21 İyun

Azərbaycanda nikahın bağlanmasına mane olan halların dairəsinin genişləndirilməsi ilə bağlı qanun layihəsi I oxunuşda təsdiqlənib.

Avropa.info xəbər verir ki, bununla bağlı layihə parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsində aralarında nikahın bağlanması yol verilməyən subyektlər dairəsinin genişləndirilməsi ilə bağlı təkliflər irəli sürülüb. Belə ki, bu problemdən əziyyət çəkən dünya əhalisinin bir qismi kimi, Azərbaycanda da qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riski olduqca yüksəkdir.  

Məhz bu problemin həlli məqsədilə Ailə Məcəlləsinin 12-ci maddəsində (Nikahın bağlanmasına mane olan hallar) yaxın qohumlarla yanaşı qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqlar, o cümlədən bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahın bağlanmasına yol verilməyən yeni normanın təsbit edilməsi nəzərdə tutulur. 

Qanun qəbul edilərsə, ölkədə xala, bibi, əmi və dayı uşaqlarının evliliyi qadağan ediləcək. 


Oxunma sayı: 2311

Oxşar yazılar