Putinin suallar doğuran xarici səfərləri: “Bu, Rusiya prezidentinin demarşıdır” – VİDEO

  • 11:29 - 21 İyun

Son günlər Rusiya prezidenti Vladimir Putin xarici səfərləri ilə diqqət mərkəzindədir. Onun əvvəlcə Şimali Koreya, bu gün isə Vyetnama gedişi bir sıra suallara səbəb olub. Bəziləri Putinin dalana dirəndiyini, bəziləri isə özünə güvənilir ətraf yığdığını düşünür.

Avropa.info-nun məlumatına görə, mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında politoloq Tural İsmayılov qeyd edib ki, müharibə şəraitində dünyanın ən qalmaqallı ölkələrinə səfər Rusiya prezidentinin demarşıdır.

“O, bununla göstərməyə çalışır ki, Rusiya müharibədə olsa da, dövlət rəhbəri diplomatik səfərlərindən geri qalmır. Həmçinin bu səfərləri xüsusi qiymətləndirmək lazımdır. Şimali Koreya ilə Rusiya arasında müxtəlif formalarda uzunmüddətli əməkdaşlıq davam edir”, – deyə politoloq bildirib.

Ətraflı videoni təqdim edirik:


Oxunma sayı: 2421

Oxşar yazılar