Əsgərlikdən gəlib 699.5 bal topladığı deyilən şəxs DANIŞDI

  • 11:37 - 19 İyun

"Hərbi xidmətini başa vurduqdan sonra imtahan verən şəxsin 699,5 bal toplaması ilə bağlı müxtəlif media orqanlarında və sosial şəbəkələrdə tirajlanan məlumat saxtadır".

Avropa.info xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, adıçəkilən şəxs - Rasəf Həsənli - ümumiyyətlə imtahanda iştirak etməyib.

Rasəf Həsənli özü də Oxu.Az-a açıqlamasında qeyd edib ki, barəsində yayılan xəbərdən sosial media vasitəsilə xəbər tutub və həmin məlumatlar həqiqəti əks etdirmir.


Oxunma sayı: 2938

Oxşar yazılar