İrəvan imtina etdi, Türkiyə və Serbiya imzaladi

  • 11:07 - 17 İyun

İsveçrədə Ukrayna ilə bağlı başa çatan Sülh Forumunun yekun bəyanatını iştirak edən 90 ölkədən 81-i imzalayıb. İmzalamayan ölkələr arasında Səudiyyə Ərəbistanı, Hindistan, Meksika, Cənubi Afrika Respublikası və Braziliya da (hətta Ermənistan da – red.) var. Bu o ölkələrdir ki, Rusiya ilə də tərəfdaşlıq münasibətləri mövcuddur. Maraqlıdır ki, Rusiya ilə tərəfdaşlıq münasibətləri olan Türkiyə, Serbiya və Macarıstan yekun bəyanata imza atıblar.

Avropa .info xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, bəyanatda Ukraynanın ərazi bütövlüyü dəstəklənib, Rusiyanın dağıdıcı müharibəni davam etdirməsi pislənilib:

“Sənəddə Zaporojye atom elektrik stansiyanın və dəniz limanlarının Ukraynaya geri qaytarılması tələb olunub. Buna baxmayaraq, sammit iştirakçılarının çoxunun dəstəyini qazanmaq üçün sənəddə “Rusiyanın təcavüzü” əvəzinə “müharibə” ifadəsindən istifadə edilib. Yekun bəyanatda bütün əsirlərin dəyişdirilməsi vacibliyi vurğulanıb. Söhbət həm də Ukraynadan zorla Rusiyaya aparılan uşaqlardan gedir.

Aydındır ki, Kreml Sülh Forumunun yekun bəyanatı ilə hesablaşmayacaq. Kiyev İsveçrədəki Sülh Forumunu Rusiyaya təzyiq kimi dəyərləndirib. Bu Forum Kremlin mövqeyinə təsir etməsə də, Rusiya üçün müharibəni davam etdirmək getdikcə çətinləşir, sanksiyalar sərtləşdikcə iqtisadi problemləri artır

Avropa.info


Oxunma sayı: 2674

Oxşar yazılar