DİN Gəncədə 14 yaşli qızın nişanlanmasi ilə bağlı yayılan məlumatı araşdirir

  • 15:32 - 15 İyun

Gəncə şəhərində 14 yaşlı qızın nişanlandığı iddia olunur.

Avropa.info-nun məlumatına görə, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.

Paylaşımda 8-ci sinif şagirdinə toy mərasiminin keçiriləcəyi qeyd edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Avropa.infoya  açıqlamasında bildirib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır


Oxunma sayı: 3235

Oxşar yazılar