Xarmidorcaydan sel keçib,Qobustana sel düşüb

  • 10:26 - 14 İyun

 

 

  •  
  •  
  •  
  •  

İyunun 13-ü saat 20:00-a olan məlumata əsasən Altıağac, Şahdağ, Xaltan, Quba, Qusar (Laza), Xınalıq, Qobustan, Qrız, Şabranda arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Bu barədə Avropa.infoya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, yağan leysan xarakterli yağışlar nəticəsində saat 15:43 radələrində Quba rayonu Xaltan kəndi ərazisindən keçən Xarmidorçaydan sel keçib.

Saat 18:42-18:53 radələrində Qobustan rayonuna diametri 14-20 mm olan dolu düşüb

Avropa.info


Oxunma sayı: 2487

Oxşar yazılar