Ermənistan müxalifəti ilk dəfə Paşinyana qarşı namizədini ELAN EDİB

  • 18:37 - 27 May

Ermənistanda etiraz aksiyalarına rəhbərlik edən keşiş Baqrat Qalstanyan müxalifət tərəfindən Nikol Paşinyana alternativ olacaq baş nazirliyə namizədi irəli sürülüb.

Avropa.info modern.az-a istinadən xəbər verir ki, bazar günü İrəvanda keçirilmiş mitinqdə namizədliyi irəli sürülən Baqrat Qalstanyan deyib ki, onun belə bir gözləntisi olmayıb.
 

Qalstanyan öz üzərindən dini rütbəsini müvəqqəti götürmək xahişi ilə Bütün Ermənilərin Katolikosu II Qareqinə müraciət edib.


 Baqrat Qalstanyan bildirib ki, ruhani rütbəsini saxlayacaq, lakin dini xidmət artıq dondurulub.

"Mən artıq Tavuş yeparxiyasında deyiləm, amma arxiyepiskop olmaqda davam edirəm", - Qalstanyan deyib.

Beləliklə, etiraz aksiyaları başlanandan bəri müxalifət ilk dəfə baş nazir Nikol Paşinyana qarşı  öz namizədinin adını açıqlayıb.

Xatırladaq ki, Ermənistanda etiraz aksiyaları aprelin 19-da İrəvanla Bakı arasında Tavuşda sərhədin delimitasiyası ilə bağlı əldə olunmuş razılığın məlum olmasından sonra başlayıb. 

Daha sonra Tavuşdan İrəvana yürüşə rəhbərlik edən arxiyepiskop Baqrat Qalstanyan baş naziri istefaya çağırıb.


Oxunma sayı: 3554

Oxşar yazılar