Beynəlxalq məhkəmənin baş prokuroru Netanyahunun həbsini TƏLƏB ETDİ: ABŞ senatoru bu tələbi DƏSTƏKLƏDİ - FOTO

  • 16:30 - 21 May

ABŞ senatoru Berni Sanders Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) baş prokurorunun İsrailin baş naziri Binyamin Netanyahu və müdafiə naziri Yoav Qalanta qarşı həbs orderinin verilməsi tələbini dəstəklədiyini bildirib. 

Avropa.info bildirir ki, senator bu barədə X sosial media hesabında yazıb. 

Berni Sanders 

“ICC-nin Baş Prokurorunun hərbi cinayətlərdə iştirak edən siyasi liderlərin həbsinə order verilməsi üçün müraciət etmək səlahiyyəti var. Dünya birliyi beynəlxalq hüququn müdafiəsi üçün öz sözünü deməlidir. Etik və əxlaqi standartlara riayət etmədən planetimiz sürətlə anarxiyaya, sonsuz müharibələrə və barbarlığa doğru sürüşə bilər”, - Sanders qeyd edib. 

Siyasətçi qeyd edib ki, BCM-nin baş prokuroru təkcə İsrail rəhbərliyinə deyil, həm də HƏMAS liderlərinə qarşı həbs orderi verilməsi üçün müraciət edib. Eyni zamanda o xatırladıb ki, məhkəmə əvvəllər Ukraynadakı hərbi münaqişəyə görə Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib. 

Qeyd edək ki, Vermontdan olan müstəqil ABŞ senatoru Sanders ölkədə müharibə əleyhinə mövqeyi, Qəzza zolağındakı siyasətlərinə görə İsrail və ABŞ-ı tənqid etməsi ilə tanınır. 

Daha əvvəl Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) baş prokuroru Kərim Xan İsrailin baş naziri Binyamin Netanyahu və müdafiə naziri Yoav Qallant üçün “həbs orderi” verilməsi üçün vəsatət qaldırdığını bildirib. 


Oxunma sayı: 1849

Oxşar yazılar