Türkiyədə şagirdlərin olduğu avtobus dərəyə aşdı: Çoxlu sayda yaralı var

  • 09:35 - 11 May

Türkiyədə şagirdlərin olduğu avtobus dərəyə aşıb.

Avropa.info xəbər verir ki, hadisə Antalya şəhərində baş verib.

Belə ki, içərisində 22 şagird və 2 müəllimin olduğu mikroavtobus yağış səbəbindən idarəetmədən çıxaraq dərəyə aşıb.

Qəza nəticəsində 25 nəfər xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım avtomobilləri, polis və jandarma qrupları sövq edilib.

Xəstəxanaya aparılan yaralıların həyati təhlükəsi yoxdur.


Oxunma sayı: 2278

Oxşar yazılar