"Azərbaycan" adı ilə bağlı daha bir tarixi fakt - FOTO

  • 09:27 - 11 May

Dəfələrlə ermənilər "Azərbaycan" adı gələndə deyirlər ki, belə ad olmayıb, bu ad Stalinin uydurmasıdır. Halbuki bütün dövrlərə Azərbaycan adı keçən minlərlə sənəd var.

Avropa.info xəbər verir ki, bu barədə tarixçi alim, dosent Zaur Əliyev bildirib.

Alim 1866-cı ildə Lazarev tərəfindən Moskvada nəşr edilən "Osmanlı və Adərbican dialektlərinin türk dilinin müqayisəli xrestomatiyası" (Лазарев Л. Э. Сравнительная хрестоматія турецкаго языка нарѣчій Османлы и Адербиджана с приложеніем Тюркскихъ разговоровъ и пословицъ и съ переводомъ ихъ на Русскій языкъ для практическихъ упражненій. Москва: Университетская типографiя (Катков и К°), 1866, ٢٩٦+52+XI с.) kitabından kiçik hissə paylaşmaqla, növbəti faktı təqdim edib:

"Müəllif yazır: "Qeyd etmək lazımdır ki, Adərbican müsəlmanları heç bir halda özlərini tatar və yaxud fars adlandırmırlar, Osmanlı türkləri və farslar onları "qızılbaş" və ya "əcəm türkləri" adlandırılar. Ümumiyyətlə, həm adərbicanlılar, həm də osmanlılar "farslar" dedikdə Böyük və Kiçik Buxara yaxınlığında və Tatar adlanan ərazidə yaşayan xalq nəzərdə tutulur; bu xalqın dili, Cağatay və Kazan ləhcələri kimi, həm Adərbican, həm də Osmanlı üçün eyni dərəcədə anlaşılmazdır".


Oxunma sayı: 5490

Oxşar yazılar