Ceyhun Bayramov Mirzoyanla görüşdən DANIŞDI

  • 13:48 - 10 May

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşdə Ermənistan XİN başçısı Ararat Mirzoyanla danışıqlar barədə müzakirə aparıb.

Avropa.info xəbər verir ki, nazir bugünkü görüşdə delimitasiya komissiyaları arasında əldə olunmuş son razılığın fonunda bugünkü danışıqların da öz növbəsində prosesə töhfə verəcəyinə dair inamın ifadə edib.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, imkan və çağırışlardan bəhs edən nazir Ceyhun Bayramov, Azərbaycan və Ermənistan arasında ikitərəfli sülh prosesinin irəliləməsi istiqamətində göstərdiyi dəstək və fəallığa görə Qazaxıstan tərəfinə təşəkkür edib.

 

Avropa.info


Oxunma sayı: 2223

Oxşar yazılar