Deputat hökuməti yevlaxlıların bu problemini həll etməyə çağırdı

  • 10:35 - 16 Mart

2023-cü ildə   hökumətin uğurlu fəaliyyəti respublikamızın sosial-iqtisadi sferasının bütün sahələrində olduğu kimi,  səhiyyə sahəsidə də  öz müsbət nəticələrini göstərib.

Avropa.info xəbər verir ki, bunu deputat İlham Məmmədov parlamentdə hökumətin 2023-cü ilinin fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, cənab Prezidentin  səhiyyədə əlçatanlığın təmin edilməsi məqsədi ilə icbari tibbi sığortanin tətəbiqi ilə bağlı  yürütdüyü siyasət nəticəsində bu sahədə ciddi uğurlara imza atılmaqdadır. "İcbari tibbi sığortanın qısa müddətdə tətbiq olunmasına baxmayaraq. Bu sahə ilbəil inkişaf etməkdədir və bu proses davam etməkdədir", - o qeyd edib.

Deputat əlavə edib ki,  bu sahədə görülən işlərin nəticəsi   olaraq əhalinin daha bahalı tibbi xidmətlərə əlçatnalığını təmin etmək məqsədi ilə icbari tibbi sığorta  zərfinə  daha  775 adda  yeni xidmətlər əlavə etməklə bunun sayı 3315-ə çatıdırılıb: "Bu zaman daha çox bahalı tibbi xidmət sahələri əlavə edilib.   Bura  böyrək, qara ciyər, sümük iliyinin transplantasiyası, beynin xoş xassəsli şişləri, ürək qapaqlarının dəyişdirilməsi,  bud çanaq endoprotezləri, vətər  əzələ köçürmələri və sair kimi bahalı xidmətlər əlavə edilib. Burada da əas məqsəd əhalinin aztəminatlı və həssas sosial  təbəqəsinin səhiyyə xidmətlərinə əlçatnalığını  təmin etmək məqsədi daşıyır.  Bu da dövlətin öz vətəndaşına  diqqət və qayğısının ən bariz nümunəsidir. biz buynu 2023-cü ildə hökumətin gördüyü uğrulu ilərin nəticəsi hesab edə bilərik.   Əminəm və inanıram ki, icbari tibbi sığorta sisteminin daha effektiv tətbiqi sahəsində bundan sonra da  hökumət tərəfindən ciddi addımlar atılacaq. Bununla da səhiyyəyə əlçatanlılıq  daha da asanlaşdırmaqla vətəndaş məmnunluğu təmin olunacaq", - o qeyd edib.

Deputat  çıxışı zamanı həmçinin təmsil etdiyi Yevlax rayonundakı problemləri dilə gətirərək onların həlli istiqamətində  hökumətin müvafiq tədbirlər görməsini seçicilərim adından  xahiş edib. 

O qeyd edib ki, yevlax da azərbaycanın digər bölgələri kimi inkişaf edir. amma bununla belə müəyəyn problemlər də mövcuddur: "Bunlardan biri  isə sakinləri  bu gün ən ciddi narahat edən  Yevlax şəhərini iki yerə bölən Bakı-Tbilisi dəmir yolunun 251-ci kilometrində  1987-ci ildə   tikilmiş  dəmir yolu  keçidi,  dəmir yolunun rekonstruksiyası zamanı həmin keçid  sökülərək ləğv edilməsidir.  Keçidin ləğv edilməsi nəticəsində  Yevlax şəhərinin Aeroport, Şəkitayı, Çənlibel yaşayış massivlərində yaşayan  səkkiz mindən artıq insanın şəhər mərkəzi ilə əlaqəsinda ciddi problemlər yaranıb. Adı çəkilən massivlərdə yaşayan insanlar  dəmiryolunun şəhər istiqamətinə keçməsi üçün  8 km məsafəlik bir yol qət etmək məcburiyyəti qarşısında qalırlar. Buda insanların əlavə vaxt itkisinə səbəb olmaqla yanaşı,  dəmir yolunda keçid olmadığından  həmin yolu keçmək istəyənlərin həyatına ciddi təhlükə yaranır. Bu da  sakinlərin haqlı narazıçılığına səbəb olur. Bu problemi  dəmir yolunun həmin ərazidən keçən hissəsində   yerüstü keçid və ya yeraltı avtomobil tuneli  və piyada keçidi salamqla problemi həll etmək olar.  Hökumətdən bu məsələnin həllini diqqətdə saxlamağı xahiş edirik. Ümid edirik ki, hökumət tez bir zamanda bu məsələni həll etməklə 8 mindən artıq insanın rahat, təhlükəsiz və vaxt itikisinə yol vermədən  gediş-gəlişini təmin edəcək. 

Hesab edirəm ki, bu elə də bahalı bir layihə deyil. Lakin   bununla təkcə 8 mindən artıq Yevlax sakinin  problemini həll edib sevinc bəxş etmirik, bu həm də o yoldan istifadə edəcək minlərlə insanın sevincinə səbəb olacaq. Əminəm ki, hökumət bu məsələni tez bir zamanda həll etmək üçün konkret  tədbilər görəcək".


Avropa.info


Oxunma sayı: 12838

Oxşar yazılar