Azərbaycan dramaturgiyasında “atalar və oğullar" problemi ilə bağlı araşdırma

  • 09:09 - 11 Mart

Bu günlərdə Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Aygün Zəkinin “Azərbaycan dramaturgiyasında “atalar və oğullar” problemi” adlı monoqrafiyası nəşr olunmuşdur. Azərnəşrin yayınladığı monoq­rafiyada XIX əsrin axırı – XX yüzilin əvvəllərində Azərbaycan dramaturgiyasında bəhs olunan problem sistemli şəkildə təhlil olunmuşdur.

Mo­noq­ra­fi­ya­da Mir­zə Fə­tə­li Axund­­­za­də ilə ya­na­şı, XIX əs­rin so­nu – XX yü­zi­lin əv­vəl­lə­rin­də Azər­­bay­­can dra­­ma­­­tur­­gi­ya­sı­nın in­ki­şa­fın­da mühüm rol oy­na­mış Nə­cəf bəy Və­­zi­rov, Cə­lil Məm­məd­­qu­­lu­­za­də, Əb­dür­rə­him bəy Haq­­ver­­­di­yev, Nə­ri­man Nə­ri­­ma­nov, Hü­seyn Ca­vid və baş­qa dramatuqların mil­li ədə­biy­ya­tın də­yər­li ör­nək­lə­ri­ni ərsəyə gətirən pyes­lə­ri araşdırma obyektinə çevrilmişdir. Tədqiqatçı adı çəkilən dramatuqların müxtəlif əsər­lə­rin­də ya­ra­dıl­mış obraz və xarakterləri dönəmin, mü­hi­tin prob­lem­lə­ri fo­­nun­­da nə­­sil­­lə­ra­ra­sı qarşıdrmanın fərq­li ra­kurs­la­rın­dan təq­­dim et­mişdir.

Mü­əl­lif araş­dır­ma­ya çə­ki­lən möv­zu­nun Azərbaycan ədə­biy­­yatı ta­ri­xin­də­ki ro­lu­nu və önə­mi­ni vur­ğu­la­maq­la qal­ma­mış, onun folk­lor­dan qay­naq­la­nan ör­nək­lə­ri­nə diq­qət ye­tir­miş, klassik ya­zı­lı mətn­lər­də, divan ədəbiyyatında nə şə­kil­də bə­dii təcəssümünü tap­dı­ğı­nı də­­yər­­lən­­dir­mə­yə ça­lış­mış­dır.

Filologiya elmləri doktoru, professor Vaqif Sultanlı kitaba yazdığı “Dramaturji konfliktə çevrilən əbədi qarşidurma elmi-nəzəri təhlil axarında” adlıön sözdə araşdırılan mövzu bağlı qənaətlərini aşağıdakı kimi ümumiləşdirir: “Prob­­le­­min in­di­yə qə­dər diq­qət­dən kə­nar­da qal­­ma­sı, da­ha doğ­ru­su əha­tə­li şə­kil­də araş­dı­rıl­ma­ma­sı mü­əy­­yən sə­­bəb­­lər­lə bağ­lı­dır. Hər şey­dən ön­cə, so­vet si­ya­si re­­ji­mi dö­nə­­min­­də mə­nə­vi-əx­la­qi də­yər­lə­rə söy­kə­nən bəl­li prob­lem­­lə­rin təh­li­li və şər­hi ideo­lo­ji ste­reo­tip­lər­lə ya­saq­­lan­­dı­­ğın­­dan ob­yek­tiv səp­ki­li araş­dır­ma­la­ra im­kan ve­ril­­mə­miş­dir. Ək­sər hal­lar­da isə nə­sil­lə­ra­ra­sı zid­diy­yət­lə­rin lü­zum­suz ola­raq sin­fi məc­ra­ya yö­nəl­dil­mə­si, köh­nə­lik­lə tə­zə­li­yin so­­si­al qar­şı­dur­ma­sı­na çə­kil­mə­si və bu bağ­lam­da keç­miş­lə gə­lə­cə­yin üz-üzə qo­yul­ma­sı apa­rı­lan araş­dır­ma­­lar­da yan­­lış, ya­xud bir­­tə­rəf­li so­nuc­la­ra va­rıl­ma­sı­na sə­bəb ol­muş­dur”.

Monoqrafiyada “atalar və oğullar” problemi mil­li yad­daş və öz­gə­ləş­mə, xalq və ha­ki­miy­­yət konf­lik­ti məsələləri ilə əlaqəli şəkildə dəyərləndirilmişdir.

 

Avropa.info


Oxunma sayı: 12002

Oxşar yazılar