Mirmahmud Mirəli oğlu İlham Əliyevi prezident seçilməsi münasibəti ilə təbrik etdi

  • 09:20 - 15 Fevral

KXCP sədri Mirmahmud Mirəli oğlu İlham Əliyevi prezident seçilməsi münasibəti ilə təbrik edib.

Avropa.info xəbər verir ki, KXCP sədri bu barədə sosial şəbəkə hesabında yazıb. 

Həmin təbrik mətnini təqdim edirik:

"ŞUŞA işğaldan azad olunan gün təbrikə gecikdim. Günün son dəqiqələrində təbrik etdim.

Ordumuzu, əsgərimizi, Ali Baş Komandanı.

XANKƏNDİNDƏ BAYRAĞIMIZ ucalanda təbrik etdim.

ALLAH ŞƏHİDLƏRİMİZİN QİSASLARINI almaqla RUHLARINI Şad etməyi nəsibimiz etsin.

ALLAH QAZİLƏRİMİZƏ Şəfa versin.

Ordumuz Müzəffər, Əsgərimiz Qalib OLsun.

AMİN!

7 fevralda azad edilmiş ərazilərdə seçkilər keçirildi, arzular gerçəkləşdi.

İlham Əliyev prezident seçildi.

İlham Əliyevin andiçmə mərasimində, əhatəli, möhtəşəm çıxışını da, gec təqdim etdilər.

Bütün bunlara görə, İlham Əliyevi təbrik edirəm!

Millətimizə, Dövlətimizə, Türk Dünyasına xeyirli - uğurlu olsun".

Avropa.info 


Oxunma sayı: 14620

Oxşar yazılar