Dövrümzün Müsyo Jordanı: Makron təkcə Fransanı deyil, Avropanı məhvə sürükləyir

  • 15:31 - 02 Fevral

Dövrümzün Müsyo Jordanı hesab edilən  Makron  təkcə Parisi, Fransanı  deyil, bütövlükdə Avropanı məhvə sürüklədiyi bir zamanda, yenə də öz güzündəki tiri görməyib, başqalarında mikroskopla tük axtarmaqdadır.

M.F.Axundova Allah rəhmət eləsin. Yəqin ki, sağ olsaydı, Fransa xalqının Makron kimi üzdəniraq dövlət adamlarının yarıtmazlığı ucbatından rəzil vəziyyətə düşdüyünü dövrümüzün Müsyo Jordanın üzləşdiyi reallığı daha yaxşı formada qələmə alardı. Müasir  dövrün Müsyo Jordanlarının başqasında tük axtarmasına özlərinə layiq formada cavab verərdi. O, eyni zamanda, sonunun əvvəli gəlmiş Avropanın da tragikomik durumundan yazardı. 

AŞPA, AP, ATƏT kimi ikiüzlü, qərəzli, fəaliyyət prinsipi erməni lobbisinin maliyəsilə olan və müxtəlif hegemon qüvvələrin süfulyorluğu ilə danışan Makron və onun kimi Avropanın marianet, marginal  liderləri bugün hakimiyyətlərinin ömrünü uzatmaq üçün danışdıqlarını belə bilmirlər. Görünür, Avropanı getdikcə üfünət qoxusuna qərq edən kənd təsərrüfat işçilərinin və  fermerlərin   hələ də  etiraz manifestosunu eşitmirlər və ya qulaqardına vururlar. Hətta Parisi üfünət elə bürüyüb ki, ölkəni bu üfunətdən xilas etmək fransız parfumeriya şirkətləri yəqin  yeni və daha güclü  ətirlər, dezinfektorlar istehsal etmək məcburiyyətində qalmalı olacaqlar. Əslində, Fransa tarixində üfünətli günlərin olması ilk  deyil. 

Çünki Osmanlıda, türklərdə hamam mədəniyyəti mövcud olanda  Franca kralı Ludovikin dövründə  yalnız kral və  əshabələri ildə iki dəfə çimərmiş. Fransız parfumun tarixi də bu tarixlə bağlıdır.

Dəhşətlisi odur ki, dünən Avropanın bütün fermerləri Parisin bütün yollarını kənd təsərrüfatı texnikası ilə tamamilə bağlayıb. Özlərini söz, fikir, sırbəst toplaşma hüququ  azadlığından dəm vuran fransız polisi mitinqçilərə  qarşı amansızlıq nümayiş etdirib acımadan zorakılıq törədirdilər.  Elə dünən (fevralın 1-də) axşam Brüsseldə Avropa İttifaqının, Avropa Parlamentinin binalarını mühasirəyə aldıqları halda, Avropa liderləri  onları görməzlikdən gələrək, heç nə olmamış kimi  axşam yeməyində bir araya gəldilər.  Baş verənlərə heş diqqət də yetirmədilər ki, nə baş verir. Ancaq Aİ coğrafiyasından kənar iki nəfər bir araya gələn kimi haray-həşir qoparırlar... 

Təkcə Macarıstanın baş naziri V.Orban mitinqçilərlə söhbət edirdi. Görünür genetik yaddaşında olan Atilla cəsarəti, türk ədalət simvolu olan türk qanı cənab Viktor Orbanın Avropadakı həmkarlarından tamamilə fərqli mövqe sərgiləməyə sövq edib. Avropa tarixinin ən ağır mərhələsini yaşamasına baxmayaraq AB Avropa xalqlarının boğazından 50 milyard avronu kəsərək, Ukrayna Rusiya müharibəsini davam etdirmək üçün səxavət göstərdi. 

Milli dəyərlərin nə olduğunu anlamayan Makron və Makron kimilər bugün uydurduqları çirkin “dəyərləri” bizə Azərbaycana sırımaq istəyirlər. İşin həddinə baxın ki, bu dəyərlərin daşıyıcıları Makronun hökumətində onun sağ əli, sol qıçı və adlanır. Anlamırlar ki, onların uydurduqları “dəyərlərin” daşıyıcılarına Azərbaycanda yer yoxdur. Onlar kimisinə isə  bizim əxlaq kodeksində ya xəstə ,  ya da mənəviyyat qüsurlu insanlar  deyilir. Əminim ki, tezliklə fermerlərin Parisə, Brusselə gətirdikləri üfünət Makronun və onun kimilərini boğucu  üfunətə qərq edəcəkdir.

İndi durum elədir ki, Makronun və Makron kimi düşünən Avropa liderlərini nə Şeyx Nəsrullah, nə Müsyo Jordan,  nə  Dərviş Məstəli şah kimi "sehirbazlar" da xilas edə bilməyəcək. Onlar  çirkin, üfunətli düşünücələrinə uyğun şəkildə başqaları üçün qazdıqları quyulara   özləri düşüb boğulacaq.


Məlahət İbrahimqızı,
Milli Məclisin deputatı 


Oxunma sayı: 20208

Oxşar yazılar