Fiziki məhdudiyyətli gənclər üçün düşərgə layihəsi həyata keçirilib - FOTO

  • 15:52 - 30 Yanvar

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə "Əlilliyi olan Uşaq və Gənclərin İdmana İnteqrasiyası" İctimai Birliyinin "Təbiət Gəzintisində" Düşərgə layihəsi Lənkəran şəhərindəki "Palıdlı sahil" otelində həyata keçirilib. 

Avropa.info xəbər verir ki, layihənin icra müddəti 3 ay davam edib. Düşərgə layihəsi 4 gün 3 gecədən ibarət olub. 

Layihədə 30 nəfərdən çox fiziki məhdudiyyətli gənclər və valdeyinləri iştrak edibilər. 

"Əlilliyi olan Uşaq və Gənclərin İdmana İnteqrasiyası" İctimai Birliyinin sədri və layihə rəhbəri Aynur Məmmədova bildirib ki, layihənin məqsədi əlilliyi olan gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi, özünə qapanan, kompleks və psixoloji sarsıntılar yaşayan gənclərin problemlərini aradan qaldırmaq, cəmiyyətə inteqrasiya etmək, özlərini kompleksiz təqdim etmə bacarığını onlara öyrətmək, özünə güvən hissi yaratmaq, ünsiyyət qurma bacarıqlarında dəstək olmaq, istedad və bacarıqlarının üzə çıxmasına dəstək olmaq idi:

"Layihə çərçivəsində gənclərimizə rəsm və əl işləri öyrədilməsi təlimləri keçirildi. Fiziki məhdudiyyətli gənclər ilk dəfə olaraq, qış fəsilində təbiət gəzintisinə qoşularaq açıq havada gəzdilər. Düşərgə gənclərə çox müsbət enerji və özünə güvən hissinin artırılmasında böyük rol oynadı. Çünkü fiziki məhdudiyyətli gənclər arasında elə oğlan və qızlar var idi ki, onlar heç bir vaxt komplekslərinə görə rahat şəkildə nə özlərini təqdim edib, nə də rəqs etmişdilər. 

Bu düşərgədə əməyi keçən başda Gənclər Fondu və kollektivi olmaqla öz adımdan və valdeyinlər adından təşəkkürmüzü bildiririk".

Aynur Məmmədova əlavə edib ki, layihə çərçivəsində gənclər Lənkəran Dram Teatırında "Casus" tamaşasını izləyiblər. Həmçinin Lənkəran Diyarşünaslıq muzeyində eksponatlarla tanış olublar.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Avropa.info


Oxunma sayı: 20208

Oxşar yazılar