Zəlzələ zamanı videosu ilə ürəkləri dağlayan Türkiyəli kişi dünyasını dəyişdi - VİDEO

  • 22:51 - 23 Dekabr

Hatayda baş verən zəlzələdə həyat yoldaşı və 3 uşağını itirən və videosu ilə Türkiyədə gündəm olan Şerif Ölməz vəfat edib.

Avropa.info Türkiyə mətbuatına istinadən bildirir ki, Hatayda baş verən zəlzələdə həyat yoldaşı və 3 uşağını itirən Şerif Ölməz 61 yaşında dünyasını dəyişib.

Ölməz ailəsinin yanında dəfn edilib.

Xatırladaq ki, Şərif Ölməzin zəlzələ zamanı yaşadığı bina uçub. Uçan binanın altında qalan övladları üçün peçenye aldığını söyləyən Şərif Ölməzin bu halı gündəm olmuşdu.


Oxunma sayı: 34310

Oxşar yazılar