ABŞ mətbuatından dünyanı heyrətləndirən İDDİA! Ukrayna müharibəsi qosqoca Avropanı bitirdi - O ölkənin cəmi 150 tankı qaldı...

  • 17:12 - 12 Dekabr

ABŞ-ın “The Wall Street Journal” qəzeti dünyanı heyrətə salan xəbər dərc edib. 

Avropa.info xəbər verir ki, Avropadakı ölkələrin hərbi ordularını təhlil edən qəzet, Rusiya-Ukrayna müharibəsi nəticəsində Aİ ölkələrinə ciddi hərbi ziyan dəydiyini, ordularının zəiflədiyini, arsenallarının demək olar ki, tükəndiyini iddia edib.     

ABŞ qəzeti Avropanın ən böyük güclərindən biri olan İngiltərənin Rusiya ilə müharibə vəziyyətində olan Ukraynaya kömək etmək üçün böyük hərbi zəiflik içində olduğunu iddia edib. WSJ, Avropada müdafiəyə ən çox pul xərcləyən Britaniyanın cəmi 150  tanka və onlarla uzun mənzilli artilleriya silahına malik olduğunu iddia edib. Qəzet həmçinin yazıb ki, Britaniya ordusu Ukraynaya hədiyyə etmək üçün muzeylərdən çoxlu sayda reaktiv yaylım atəşi sistemi almağı düşünür, lakin bu ideyadan imtina edilib.

Avropada müdafiəyə ən çox büdcə ayıran ölkə ünvanına sahib olan İngiltərə 2022-ci ildə müdafiə xərclərinə 68,5 milyard dollar ayırıb. 


Oxunma sayı: 20142

Oxşar yazılar