"İsraili sevməkmi lazımdır? Manyaksınızmı siz?" - ABŞ Prezidentliyinə namizəd olan türk əsilli siyasətçi "OD PÜSKÜRDÜ" (VİDEO)

  • 15:51 - 12 Dekabr

ABŞ-da “Gənc Türklər” proqramı ilə tanınan və 2024-cü ildə keçiriləcək prezident seçkilərində Demokrat Partiyadan namizəd olmaq istəyən türk əsilli Amerika vətəndaşı Cenk Uyğur İsrailin Qəzzada törətdiyi hücumları dəyərləndirib.

Avropa.info xəbər verir ki, 1970-ci ildə İstanbulda anadan olan Uyğur 8 yaşında ailəsi ilə birlikdə ABŞ-a mühacirət edib. 2002-ci ildə qurduğu "Gənc Türklər" adlı proqramı ilə Uyğur uzun illər milyonlarla amerikalıya müxtəlif formatlarda müraciət edib.

Uyğur 2019-cu ildə Kaliforniyadan Nümayəndələr Palatasına üzv olmaq üçün namizədliyini irəli sürdü, lakin praymerizdə qalib olmadığı üçün namizəd ola bilmədi.

Oktyabrın 12-də verdiyi açıqlamada Uyğur 2024-cü ildə keçiriləcək prezident seçkilərində Co Baydenin Respublikaçılar Partiyasının namizədi Donald Trampın qarşısında zəif olduğunu bildirərək, ABŞ prezidenti Co Baydenə meydan oxuyaraq Demokratlar üçün yarışacağını açıqlayıb.


Oxunma sayı: 18096

Oxşar yazılar