Qardaş ölkədə QAN AXDI! Hərbi kazarmaya bombalı hücum - Çoxlu sayda ÖLÜ VAR!

  • 15:23 - 12 Dekabr

Qardaş ölkə olan Pakistanın Dera İsmail Xan bölgəsində kazarmaya edilən bombalı hücumda 23 nəfər həyatını itirib.

Avropa.info xəbər verir ki, Pakistanın Xayber-Paxtunxva əyalətinin Dera İsmayıl Xan rayonundakı Darabandada kazarmaya hücum edilib. 

Pakistan Silahlı Qüvvələrinin media və ictimaiyyətlə əlaqələr qurumundan verilən açıqlamada, səhər saatlarında hücumçunun polis idarəsi qarşısındakı təhlükəsizlik məntəqəsinə daxil olmaq cəhdinin qarşısı alındığı, hücum edənlərin daha sonra partlayıcılarla dolu avtomobili partladıldığı bildirilib. 

Partlayışın şiddəti nəticəsində polis idarəsinin bir hissəsinin dağıldığı və 23 əsgərin həyatını itirdiyi bildirilib. Qarşıdurmada 6 hücumçunun öldürüldüyü bildirilib.

Pakistanın daxili işlər naziri Sarfraz Buqti açıqlamasında hadisəni “terror hücumu” kimi qiymətləndirib. Hücumu qınayan Buqti insan itkisinə görə dərin hüznlə kədərləndiyini bildirib.


Oxunma sayı: 16996

Oxşar yazılar