Ukraynadan Rusiya ərazisində SUİ-QƏSD! - Keçmiş deputat Moskvada ÖLDÜRÜLDÜ (FOTO)

  • 10:15 - 07 Dekabr

Rusiya İstintaq Komitəsi Ukrayna parlamentinin keçmiş deputatı İlya Kivanın Moskva vilayətində silahlı hücum nəticəsində öldüyünü açıqlayıb. Ukrayna rəsmi olaraq sui-qəsdə görə məsuliyyəti öz üzərinə götürüb.       

Avropa.info xəbər verir ki, Rusiya İstintaq Komitəsi Ukrayna parlamentinin keçmiş deputatı İlya Kivanın Moskva vilayətində silahlı hücum nəticəsində öldüyünü bildirib.

Açıqlamada, "İlkin təsbitlərə görə, Suponevo kəndindəki parkda naməlum şəxs Kivaya atəş açıb. Kiva aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib", ifadələrdən istifadə edilib.

Ukrayna'dan Rusya'da intikam operasyonu

İlya Kiva

Açıqlamada hadisə ilə bağlı araşdırmalara başlanıldığı və günahkarların müəyyən edilməsi üçün lazımi addımların atıldığı bildirilib.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sözçüsü Andrey Yusov isə yerli televiziya proqramına açıqlamasında deyib: “Belə bir aqibət Ukraynanın digər satqınlarının və Putin rejiminin əlaltılarının da başına gələcək. "

1977-ci il təvəllüdlü İlya Kiva 2019-2022-ci illərdə Rusiyayönlü “Ömürlük Müxalifət Platformasından” Ukrayna parlamentində deputat olub. 

Avropa.info


Oxunma sayı: 9549

Oxşar yazılar