Netenyahu ilə Baş Qərərgah rəisi arasında "dinləmə cihazı" davası - Herzi Halevinin üstünü axtardılar və... (SENSASİON DETALLAR)

  • 03:25 - 06 Dekabr

İsrail baş nazirliyinə bağlı təhlükəsizlik qruplarının, İsrail ordusunun Baş Qərargah rəisini "dinləmə cihazı" olması ehtimalı ilə əşyalarında axtarış aparmaq istədiyi iddia edilib.

Avropa.info xəbər verir ki, İsrailin Kanal 13 televiziyası İsrail hökumətinin Hərbi Kabinetində baş verən "qeyri-adi hadisə" ilə bağlı xəbər yayımlayıb.

Xəbərə görə, mübahisəli hadisə İsrailin 7 oktyabrdan sonra Qəzzaya hücumlarını müzakirə etmək üçün hökumət daxilində yaradılan və baş nazir Binyamin Netanyahu, Baş Qərargah rəisi Herzi Halevi və İsrailin yüksək səviyyəli nazirlərindən ibarət "Müharibə Kabineti"ndə baş verib. 

Təl-Əvivdəki "Müharibə Kabineti" qərargahında İsrail Baş Nazirliyinə bağlı mühafizəçilər zala heç bir elektron cihaz və ya səs yazısı aparatının daxil olmadığından əmin olmaq üçün Baş Qərargah rəisi Halevi üzərində axtarış aparmaq istəyiblər.

Xəbərdə Halevinin bu hadisəyə qəzəbləndiyi və zaldakılara hadisədən narazılığını ifadə etdiyi bildirilib.

Hadisənin ortaya çıxmasından sonra edilən şərhlərdə vəziyyətin baş nazir Netanyahu ilə dövlət bürokratiyası arasındakı "Qəzza gərginliyinin" əksi olduğu vurğulanıb.

İsrail mətbuatında bəzən Netanyahunun məhkəmə, ordu və kəşfiyyat kimi dövlətin müxtəlif səviyyələrində yüksək rütbəli məmurlarla fikir ayrılıqlarının olduğu bildirilir.


Oxunma sayı: 10187

Oxşar yazılar