"Bəzi Qərb dövlətləri Qarabağ savaşı ilə bölgəmizdə tamamilə yeni dövrün başladığını dərk edə bilmirlər" - Ərdoğandan Ermənistana XƏBƏRDARLIQ

  • 10:10 - 21 Noyabr

"Bəzi Qərb dövlətləri hələ də Qarabağ müharibəsi ilə bölgəmizdə tamamilə yeni dövrün başladığını dərk edə bilmirlər."

Avropa.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumət toplantısından sonra keçirdiyi mətbuat konfransında deyib.

"Erməni xalqı və onların rəhbərləri təhlükəsizliyi minlərlə kilometr uzaqda deyil, qonşuları ilə sülh və əməkdaşlıq şəraitində axtarmalıdırlar. Ermənistanı təxribata sövq edənlər, özlərinə qazanc əldə edənlər əslində ən böyük zərəri ermənilərə vurdular. Mən buradan bir daha Ermənistanı qardaşımız Azərbaycanın uzatdığı sülh əlini tutmağa çağırıram", - deyə Ərdoğan qeyd edib.


Oxunma sayı: 9692

Oxşar yazılar