Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər, İordaniya və Misir Qəzza üçün BİRLƏŞDİ

  • 01:44 - 21 Noyabr

İsrailin Qəzzaya hücumları 45 gündür davam edir. 

Avropa.info xəbər verir ki, Səudiyyə Ərəbistanı, Türkiyə, Qətər, Misir və İordaniya xarici işlər nazirlərindən ibarət nümayəndə heyəti Qəzzada atəşkəs üçün ziyarət turuna çıxıblar.

Diplomatik mənbələrdən Türkiyənin "Yeni Akit" qəzetinə verilən açıqlamaya görə, Türkiyə, İndoneziya, Nigeriya, İordaniya, Misir, Qətər və Səudiyyə Ərəbistanı xarici işlər nazirləri arasında 'Qəzzada atəşkəs' üçün təmas qrupu yaradılıb.

Təmas qrupu ilk iclası üçün bu gün Pekinə gedib. Onlar sabah Moskvada görüşəcəklər.

Xarici işlər naziri Hakan Fidan da çərşənbə günü London və Parisə gedərək təmas qrupu ilə görüşlərdə iştirak edəcək.


Oxunma sayı: 8999

Oxşar yazılar