"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi "Məişət zorakılığı törədən şəxslərlə psixoloji işin təşkili" mövzusunda təlimlərə yekun vurdu

  • 19:21 - 19 Noyabr

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi, BREN proqramı çərçivəsində "Azərbaycanda qadınlara qarşı zorakılığın qarşısının alınması və onunla mübarizə tədbirlərinin gücləndirilməsi" layihəsi çərçivsədinə Əmək və Sosial Münasibətlər Akdemiyasının sosial iş ixtisası üzrə tələbələrə "Məişət zorakılığı törədən şəxslərlə sosial işin təşkili" və BDU –nun psixologiya ixtisası üzrə təhisl alan sonuncu kurs tələbələri üçün "Məişət zorakılığı törədən şəxslərlə psixoloji işin təşkili" mövzusunda təlimlərə yekun vurub. 

Təlimlərdə ümumilikdə 60 nəfər 4 günlük təlimdə iştirak edib. Zorakılığın mahiyyəti, zorakılıq törədən şəxslərin xüsusiyyətləri, tipləri, zorakılıq mühiti, mədəni və sosial faktorlar o cümlədən məişət zorakılığı törətmiş şəxslərlə iş üçün müdaxilə proqramın (Dulut Modeli əsasında) təqdimatı təlim iştirakçıları ilə müzakirə edilib. 

Təlimdə zorakılıq törətmiş şəxslərlə simulyativ oyun rolları da istifadə edilib. 

Təlimlər, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində keçirilərək, Məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üzrə MFP 12.2.4. və 12.6.2. yarımbəndlərinin icrasına dəstək məqsədi daşıyıb.

 

 

Avropa.info


Oxunma sayı: 11540

Oxşar yazılar