Rusiya sülhməramlılarının Qarabağda daha bir müşahidə məntəqəsi bağlandı

  • 21:04 - 03 Noyabr

Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşmiş Rusiya sülhməramlıları Şuşa rayonunda daha bir müşahidə məntəqəsini bağlayıb.

Avropa.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin bülletenində qeyd edilib.

Bildirilib ki, Rusiya sülhməramlılarının müşayiəti ilə Azərbaycanın Qarabağ iqtisadi rayonunun yaşayış məntəqələrinin elektrikləşdirilməsi davam edir.


Oxunma sayı: 16523

Oxşar yazılar