Ərdoğandan İsrailə qarşı hərəkətə keçmə ÇAĞIRIŞI - "İsrail ən təməl insani dəyərlərdən məhrumdur"

  • 22:54 - 17 Oktyabr

“Qadınların, uşaqların və günahsız mülki şəxslərin olduğu xəstəxananın vurulması İsrailin ən əsas insani dəyərlərdən məhrum hücumlarının son nümunəsidir”.

Avropa.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Qəzzada xəstəxananı vurmasına münasibət bildirərkən deyib. Ərdoğan, bütün bəşəriyyəti Qəzzada misli görünməmiş vəhşiliyi dayandırmaq üçün hərəkətə keçməyə dəvət edib.

"Qadın, uşaq və günahsız vətəndaşların olduğu xəstəxananın vurulması İsrailin ən təməl insani dəyərlərdən məhrum hücumlarının son nümunəsidir. Bütün insanlığı bu vəhşiliyi dayandırmaq üçün hərəkətə keçməyə çağırırıq. Qəzzada baş verənlər tarixdə görünməmiş bir hadisədir." 


Oxunma sayı: 11320

Oxşar yazılar