Quzey Kıbrıs Türk Cümhuriyyətinin prezidentinin Azərbaycana səfəri başlayıb - YENİLƏNİB

  • 14:52 - 12 Oktyabr

Quzey Kıbrıs Türk Cümhuriyyətinin prezidenti Ersin Tatarın Azərbaycana səfəri başlayıb.

Avropa.info xəbər verir ki, Ersin Tatar və onun rəhbərlik etdiyi nümayəndə heyətini daşıyan təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib.

***13:32

Quzey Kıbrıs Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar bu gün Azərbaycana səfərə gəlir.

Avropa.info xəbər verir ki, onun günorta saatlarında Bakıda olacağı gözlənilir.

E.Tatarın Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcəyi gözlənilir. O, eyni zamanda, Bakıda təşkil olunacaq Quzey Kıbrısın Mədəniyyət Günləri çərçivəsində keçiriləcək tədbirlərdə iştirak edəcək.

Xatırladaq ki, oktyabr ayının 13-14-ü tarixlərində Bakıda Quzey Kıbrısın Mədəniyyət Günləri keçiriləcək.

 


Oxunma sayı: 4005

Oxşar yazılar