FİFA Superliqa klubunu cəzalandırdı - İki transfer pəncərəsində cəzalı olacaq - FOTO

  • 16:40 - 10 Oktyabr

Türkiyə Superliqasının yeni komandalarından olan "Samsunspor" FİFA tərəfindən cəzalandırılıb.

Avropa.info xəbər verir ki, komanda qarşıdakı 2 transfer dönəmində heyətinə yeni oyunçu cəlb edə bilməyəcək.

Belə ki, Qaradəniz təmsilçisi ötən mövsüm 1-ci liqada oynayarkən litvalı Arvidas Novikovasın müqaviləsini birtərəfli qaydada ləğv etmişdi. Bu ilin yanvarında Türkiyədən ayrılan 32 yaşlı yarımmüdafiəçi klubdan FİFA-ya şikayət etmişdi.

FİFA isə prosesdə futbolçunun tərəfini tutub və klubu qayadalara zidd addım atmaqda günahlandıraraq cəzalandırıb.

Qeyd edək ki, “Samsunspor” bu mövsüm keçirdiyi 7 oyunda 6 məğlubiyyət və 1 heç-heçə edib.

 


Oxunma sayı: 4775

Oxşar yazılar