BMT missiyası növbəti dəfə Qarabağda

  • 10:36 - 09 Oktyabr

Birləşmiş Millətlər Təşkilatının (BMT) missiyası növbəti dəfə Qarabağa gəlib.

Avropa.info xəbər verir ki, oktyabrın 9-da səhər saatlarında missiya üzvləri Ağdam-Əsgəran-Xankəndi marşrutu ilə yola düşüblər.

Qeyd edək ki, BMT missiyası bundan əvvəl oktyabrın 1-də Qarabağda olub. Missiyanın məqsədi yerlərdə vəziyyətlə tanış olmaq və sakinlərin humanitar ehtiyaclarını müəyyən etməkdir.

BMT missiyası oktyabrın 1-də Qarabağa səfər etdikdən sonra ermənilərin Qarabağda qondarma “etnik təmizləmə” ilə bağlı iddialarını təkzib edib.


Oxunma sayı: 3477

Oxşar yazılar