Qarabağda sülhməramlıların daha bir postu bağlandı

  • 20:39 - 07 Oktyabr

Azərbaycanın Qarabağ bölgəsinin Əsgəran rayonunda Rusiya sülhməramlılarının daha bir müşahidə məntəqəsi bağlanıb.

Avropa.info bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin informasiya bülletenində məlumat verilib.

“Rusiya sülhməramlı kontingentinin məsuliyyəti zonasında atəşkəs rejiminin pozulması faktı qeydə alınmayıb, 24 saat ərzində tərksilah və mühafizə postlarının tərəflərin təmas xəttindən çıxarılması ilə əlaqədar Əsgəranda bir müşahidə məntəqəsi bağlandı”, - məlumatda deyilir.

Qeyd edək ki, oktyabrın 5-i və 6-da da Rusiya Müdafiə Nazirliyi Şuşa, Ağdərə və Əsgəran rayonlarında müşahidə postlarının bağlanması barədə məlumat yayıb.


Oxunma sayı: 6051

Oxşar yazılar