HƏMAS-ın "Əl-Əqsa tufanı" əməliyyatından sonra ABŞ-dan İsrail qərarı - VİDEO

  • 20:18 - 07 Oktyabr

HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam briqadalarının komandiri Məhəmməd əd-Dayf, Əl-Əqsa daşqınının ilk mərhələsində İsrailə qarşı 5 min raket və minaatan atdıqlarını açıqlayıb. 

Avropa.info xəbər verir ki, İsrail ordusu blokadada olan Qəzza zolağına hücuma keçdiyini elan edib. 

Məhəmməd əd-Dayf, İzzəddin Qəssam Briqadalarının İsrailə qarşı başlatdığı hücumla bağlı üzünün görünmədiyi videoda danışıb. 

Fələstin xalqının yenidən inqilab edərək dövlət qurma layihəsinə qayıtdığını ifadə edən Dayf bildirib ki, "İsrailin pozuntularına qarşı xətt çəkməyə qərar verdiklərini və İsrailə qarşı "Əqsa tufanı" əməliyyatına başladıqlarını açıqlayıb. 

"Əl-Əqsa tufanı"nın ilk mərhələsində İsrailə doğru təxminən 5 min raket və minaatan atdıqlarını ideyən Dayf qeyd edib ki, İsraillə təhlükəsizlik koordinasiyası sona çatıbi. 

Son xəbərlərə görə, ABŞ müdafiə naziri Lloyd Austin verdiyi açıqlamada "İsrailə özünü müdafiə etmək üçün lazım olan hər şeyi göndərəcəyik" deyib. 


Oxunma sayı: 4313

Oxşar yazılar