İsraildə Qəzza zolağından hücumlar nəticəsində ölənlərin sayı 100-ə çatıb

  • 20:13 - 07 Oktyabr

Mühasirəyə alınmış Qəzza zolağından başladılan hücumlar nəticəsində İsraildə ölənlərin sayı 100 nəfərə çatıb, yaralıların sayı isə 1000 nəfəri keçib. 

Avropa.info xəbər verir ki, "İsrail Ordusu" radiosu, HƏMAS-ın silahlı qanadı tərəfindən həyata keçirilən hücumlarda indiyədək 100 israillinin öldürüldüyünü açıqlayıb. Ölkə üzrə yaralananların sayı 1000 nəfəri ötüb. 

HƏMAS-ın hərbi qanadı İzzəddin Qəssam briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı "Əqsa tufanı" əməliyyatına başlayıb. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb və HƏMAS silahlı qrupları bölgədəki məskunlaşan ərazilərə daxil olub. 

Bundan sonra İsrail ordusu onlarla döyüş təyyarəsindən istifadə edərək Qəzza zolağına hücuma keçdiyini açıqlayıb. 

Bundan əvvəl İsrailin "Red Star of David" fövqəladə xidməti xəbər verib ki, Qəzza zolağından atəşə tutulması nəticəsində 40 israilli həlak olub, 70-dən çox adam isə ağır yaralanıb.


Oxunma sayı: 4170

Oxşar yazılar