Ərdoğan yenindən AK Partiyanın sədri seçildi

  • 20:01 - 07 Oktyabr

Türkiyə prezidenit Rəcəb Tayyib Ərdoğan 4-cü fövqəladə qurultayda 1399 etibarlı səsin hamısını toplayaraq yenidən Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədri seçilib.

Avropa.info xəbər verir ki, AK Partiyanın Ankara İdman Salonunda keçirilən IV fövqəladə qurultayında seçkilərə yekun vurulub. 

Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Əli İhsan Yavuz bildirib ki, seçkilərin nəticələrinə əsasən, 1402 səs verilib, 1399 səs etibarlı, 3 səs isə etibarsız hesab edilib. 

Yavuz Ərdoğanın 1399 etibarlı səsin hamısını toplayaraq yenidən AK Partiya sədri seçildiyini açıqlayıb. 

Partiyanın 75 nəfərdən ibarət Mərkəzi Qərar və İdarə Heyəti də eyni səsvermə ilə müəyyənləşib. 

AK Partiyanın 4-cü qurultayında yenidən sədr seçilən Ərdoğan təşəkkür nitqi söyləyib.


Oxunma sayı: 4104

Oxşar yazılar