Addım-addım enerji mərkəzinə: İğdır-Naxçıvan Təbii Qaz Kəməri - FOTO

  • 20:42 - 25 Sentyabr

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin təməlini qoyublar. 

Avropa.info xəbər verir ki, Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Naxçıvana birgünlük işgüzar səfərə gələn Ərdoğanın Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan prezidenti Əliyevlə təkbətək görüşü olub. 

Görüşdən sonra iki lider İğdır-Naxçıvan Təbii Qaz Boru Kəmərinin təməlqoyma nöqtəsi ilə videobağlantı aparıblar. 

Ərdoğan və Əliyev düyməni basaraq təbii qaz kəmərinin təməlini qoyublar. 

Layihə ilə Bakı Tbilisi Ceyhan, Bakı Tiflis Ərzurum, TANAP təbii qaz xətlərindən sonra Türkiyə ilə Azərbaycan arasında yeni bir xətt olacaq. Layihə üçün BOTAŞ və SOCAR-a icazə verilib. 

Qeyd edək ki, Türkiyə-Naxçıvan Təbii Qaz Layihəsi iki ölkənin güclü əməkdaşlığının daha da dərinləşməsində və inkişafında mühüm rol oynayacaq. Təxminən 500 min əhalisi olan Naxçıvan illik təbii qaz istehlakının yarım milyard kubmetrə çatdığı bölgə kimi seçilir. Bu layihə həyata keçirildikdə Naxçıvanın təbii qaza olan tələbatı tamamilə Türkiyə vasitəsilə ödəniləcək. 

Türkiyə-Naxçıvan Təbii Qaz Boru Kəməri Şərqi Anadolu Təbii Qaz Magistral Ötürücü Xəttindən ayrılaraq İğdırdan başlayaraq Naxçıvan Sedərəkə qədər uzanacaq. Bu Türkiyə hissəsinin ümumi uzunluğu 85 kilometr olacaq. Bu layihə Naxçıvan iqtisadiyyatını canlandırmaqla yanaşı, regionda bir çox yeni müəssisələrə, investisiya imkanlarına yol açacaq.


Oxunma sayı: 4082

Oxşar yazılar